Modern.az

Daha bir ana ölümü - Bu dəfə Gəncədə

Daha bir ana ölümü - Bu dəfə Gəncədə

22 Noyabr 2017, 13:31

Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib.

 

APA-nın məlumatına görə, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

 

Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

 

Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi