16 dekabr 2017, Şənbə
Ana Səhifə - GÜNDƏM - Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ
Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ
22.11.2017, 13:38

Türkiyənin milli valyutası lirə yeni rekord həddində ucuzlaşıb və Mərkəzi Bank bu prosesi dayandırmaq üçün cidd-cəhdlər edir. 

 

Bu barədə “The Financial Times” qəzeti yazır.

 

 

Məqalədə deyilir ki, siyasi gərginliyin yüksəlişi və və inflyasiyanın cilovlanması cəhdlərinin doğurduğu narahatlıq Türkiyənin hökumət bondlarını ucuzlaşdırıb və lirə ötən bazar ertəsi özünün son bir ildəki ən aşağı həddinə enib.

 

Mərkəzi Bank bildirib ki, hazırda bank kreditlərinin məhdudlaşdırılması hesabına "lirənin likvidliyini" cilovlamağa cəhd edir.

Təhlilçilər Türkiyə Mərkəzi Bankının gördüyü tədbirlərin nəticə verəcəyinə şübhə edirlər.

 

Reuters agentliyi xəbər verir ki, beləliklə, 1 dollar 3, 97 lirəyə bərabər olub, bu isə lirənin sentyabrdan bəri çəkisini 17 faiz itirməsi deməkdir.

 

Ekspertlərin fikrincə, lirənin ucuzlaşması Ankara və Birləşmiş Ştatlar arasındakı münasibətlərin gərginliyi ilə birbaşa bağlıdır. Başqa bir səbəb Türkiyə Mərkəzi Bankının müstəqil olmamasıdır.

 

Mərkəzi Bank ikirəqəmli inflyasiyanı cilovlamaqla yanaşı prezident Recep Tayyip Erdoğanın uçot faizlərini aşağı həddə saxlamaq göstərişinin arasında vurnuxur.

Bankın gördüyü təcili tədbirlər lirənin düşməsini dayandıra bilməyib.

Lirənin ucuzlaşması inflyasiyanı artırıb, habelə idxal olunan enerji və başqa məhsulların qiymətini qaldırıb.

Xəbər verilir ki, Türkiyə-ABŞ münasibətlərinin gərginliyinə səbəb azərbaycanlı qızıl taciri Rza Zərrabın ABŞ-da mühakimə olunmasıdır.

O ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham olunur. Türkiyə hökumətinin sözçüsü ötən bazar ertəsi Zərrabın mühakiməsini "Türkiyəyə qarşı aşkar qəsd" adlandırmışdı.

 

Türkiyənin güvəndiyi xarici investorlar isə Mərkəzi Banka göstərilən siyasi təzyiqdən narahatdırlar.

 

Yanacaq kreditləri və tikinti üçün uçot faizlərinin aşağı həddə saxlanmasını istəyən Erdoğan ötən həftə demişdi ki, hökumətin bu prosesə müdaxilə etməməsi Türkiyəni yüksək inflyasiya ilə üzbəüz qoyub.

 

Londondakı Capital Economics araşdırma mərkəzindən William Jackson deyir ki, ABŞ və Türkiyə arasındakı münasibətlərin inkişaf istiqaməti investorları ciddi narahat edir.

 

"Türkiyə və Birləşmiş Ştatlar tarixən yaxın bağlara malik olublar, lakin son aylardakı hadisələrə nəzər yetirilərsə, bu əlaqələrin pisləşdiyini görürük. Bu isə investorları qorxudur" - deyib Jackson.

ABŞ hakimiyyət orqanları Zərrabı yüz milyonlarla dollarlıq vəsaiti İran hökuməti və İran şirkətləri üçün idarə etməkdə və bununla da 2010-2015-ci illər arasında Tehranın ABŞ sanksiyalarından yan keçməsinə şərait yaratmaqda ittiham edir.

 

Zərrab bu ittihamları rədd etsə də, noyabrın 27-də onun işi üzrə məhkəmə dinləməsi başlanmalıydı, hərçənd indi proses bir həftə müddətinə təxirə salınıb.

 

Ankara bildirir ki, bu iş başdan-başa qondarmadır və saxtalaşdırılmış sənədlərə əsaslanır. Türkiyə hakimiyyəti cavab olaraq Zərraba iş açmış ABŞ prokurorlarına qarşı cinayət işi qaldırıb.

 

Bundan əvvəl, 2013-cü ildə Zərrabı və bir sıra yüksək vəzifəli Türkiyə rəsmilərini qızıl qaçaqmalçılığı vasitəsilə İranın vəsaitlərini idarə etməkdə Türkiyə prokurorları ittiham edirdilər.

 

O vaxt baş nazir olan Erdoğan bunu özünə qarşı çevriliş cəhdi adlandırmış və bir sıra Türkiyə prokurorları vəzifələrindən uzaqlaşdırılmışdı. Bundan sonra cinayət işinə xitam verilmişdi.

 

Özünə qarşı heç bir konkret ittiham irəli sürülməyən Türkiyə prezidenti deyir ki, ABŞ prokurorları məhkəmə sənədlərinə onun və arvadının adlarını daxil etməklə "uzaqgedən məqsəd" güdürlər. (BBC)

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər
16.12.2017, 17:47

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   
16.12.2017, 17:32

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”  

Mehriban Əliyeva ordenlə təltif olundu
16.12.2017, 17:06

Mehriban Əliyeva ordenlə təltif olundu

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   
16.12.2017, 16:33

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   

İlham Əliyev Qətər əmirini təbrik edib
16.12.2017, 16:20

İlham Əliyev Qətər əmirini təbrik edib

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü   
16.12.2017, 16:17

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü  

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ   
16.12.2017, 16:11

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ  

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi
16.12.2017, 15:55

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır
16.12.2017, 15:49

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir   
16.12.2017, 15:45

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir  

Adı işdə, özü evdə olanlar...    
16.12.2017, 15:16

Adı işdə, özü evdə olanlar...   

Rusiyada azərbaycanlı qardaşını güllələdi
16.12.2017, 15:03

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib
16.12.2017, 15:01

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir
16.12.2017, 14:36

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI
16.12.2017, 14:12

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü
16.12.2017, 14:03

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO   
16.12.2017, 13:58

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO  

Fərasətinə, bərəkallah
16.12.2017, 13:42

Fərasətinə, bərəkallah

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir   
16.12.2017, 13:37

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir  

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO   
16.12.2017, 13:24

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO  

Məsud Yılmazın oğlunun meyiti tapıldı   
16.12.2017, 13:21

Məsud Yılmazın oğlunun meyiti tapıldı  

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı   
16.12.2017, 13:18

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı  

“BakuBus”un avtobusları 17 nömrəli marşrutda işə başladı
16.12.2017, 13:09

“BakuBus”un avtobusları 17 nömrəli marşrutda işə başladı

Yol polisi sürücülərə müraciət etdi
16.12.2017, 13:06

Yol polisi sürücülərə müraciət etdi

Cehiz “Karvan” xalçası
16.12.2017, 13:04

Cehiz “Karvan” xalçası

Astara sakinində 2 kq tiryək aşkarlandı
16.12.2017, 13:02

Astara sakinində 2 kq tiryək aşkarlandı

Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı  
16.12.2017, 12:59

Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı  

Azərbaycan toylarında yengəlik sıradan çıxır   
16.12.2017, 12:47

Azərbaycan toylarında yengəlik sıradan çıxır  

Qadın sürücü ağır qəza törətdi - Özü həlak oldu, qızı yaralandı  
16.12.2017, 12:19

Qadın sürücü ağır qəza törətdi - Özü həlak oldu, qızı yaralandı  

Ana-balanı maşın vurdu - 8 yaşlı uşaq öldü   
16.12.2017, 12:16

Ana-balanı maşın vurdu - 8 yaşlı uşaq öldü  

Bakıda maşınlara qənim kəsilən oğrular tutuldular
16.12.2017, 12:12

Bakıda maşınlara qənim kəsilən oğrular tutuldular

Bu il işlə təmin olunanların 33 faizi gənclər olub
16.12.2017, 12:00

Bu il işlə təmin olunanların 33 faizi gənclər olub

Sabahın hava PROQNOZU - Duman, çiskin...
16.12.2017, 11:56

Sabahın hava PROQNOZU - Duman, çiskin...

Yol qəzalarına səbəb olan heyvanların sahibləri necə cəzalandırılır...
16.12.2017, 10:21

Yol qəzalarına səbəb olan heyvanların sahibləri necə cəzalandırılır...

Alma alın, özü də yerlisindən - MƏSLƏHƏT
16.12.2017, 10:13

Alma alın, özü də yerlisindən - MƏSLƏHƏT

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (13.2%)
Mübariz Mənsimov (17.2%)
Fərhad Əhmədov(13.6%)
Füzuli Məmmədov(52.9%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.75%)
Digərləri(0.85%)