Modern.az

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”  

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”    

Aktual

22 Noyabr 2017, 13:52

“Azərbaycanda polis müstəntiqlərinin sayı mütləq artırılmalıdır. Araşdırmalar zamanı məlum olur ki, DİN-nin tabeçiliyində olan polis müstəntiqlərinin icraatında 20-25 arası material və cinayət işi var. Ona görə də işin obyetivliyindən söhbət açmaqda çətinlik çəkirik. Bakı, Sumqayıt, Gəncə şəhərlərində ən azı 2-3 müstəntiqin sayı artırılmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə büdcə müzakirələri zamanı deyib. Deputat qeyd edib ki, biz büdcəyə daxilolmaların müxtəlif yollarını fikirləşməliyik.

“Vergi xidməti vasitəsilə büdcənin doldurulması üçün göstərilən prinsiplər heç vaxt dayanıqlı və müsbət nəticələrə gətirib çıxara bilməz. Müxtəlif sahələrdə vergi azadolmalarını tətbiq etmişik. Bəzən sual verirlər ki, bizim bəzi iş adamları niyə Gürcüstana iş qurmağa gedirlər? Niyə biz iş adamlarının Gürcüstana üz tutmasının səbəbini araşdırmırıq? Nəyə görə Gürcüstanın vergi siyasəti ilə bağlı modelini Azərbaycana tətbiq edə bilmirik? Mən bilmək istərdim ki, hökumət, müəyyən qurumlar şəhərlərdə və rayonlarda araşdırma aparıblarmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb? Burada söhbət vergi təziqlərindən gedir. Bəlkə biz daha az iş yeri, daha çox vergi siyasətindən əl çəkərək, daha çox iş yeri və daha az vergi siyasətinə keçək”.

Deputat eyni zamanda, ölkədə dəmiryol sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə əlavə vəsaitin ayrılmasını təklif edib.

“Biz gələcəkdə Bakıətrafı dəmiryol sistemini bərpa edib, paytaxtda avtomobil tıxacının qarşısını almaq istəyiriksə, o zaman bu sahəyə əlavə vəsait ayırmalıyıq. Bu, təkcə paytaxta tıxacın aradan qaldırılması baxımından deyil, eyni zamanda ekoloji cəhətdən effekt verəcək. Bununla belə respublikanın digər dəmiryol sisteminin və parkının yenilənməsi üçün əlavə vəsaitə ehtiyac var”.

Deputat bazarda qiymət artımına da etiraz edərək, bu sahəyə nəzarətin artırılmasını təklif edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu