Modern.az

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ

22 Noyabr 2017, 14:52

Azərbaycan Respublikası Prezidenti yanında  “Bilik” Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərində regional konfrans keçirilib. Konfransda “Gənc jurnalistlər” Klubunun üzvləri də iştirak ediblər. Klubun üzvləri konfransdan sonra Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabirin məzarlarını və Şamaxı Cümə məscidini  ziyarət ediblər.

 

Cümə məscidi tariximizin nə az nə çox on üç əsrlik bir dövrünə şahidlik edən, orta əsrlərin sınaqlarından keçən və ən əsası erməni vandalizminin qurbanına çevrilən bir məbəddir. Miladi təqvimlə 743-744-cü illərdə inşa edilib. Şamaxı Cümə məscidi Azərbaycanda ən qədim, Cənubi Qafqazda isə Dərbənd Cümə məscidindən sonra ən qədim məbəd hesab olunur.

 

Məscid ərəblərin Azərbaycana gəlişinin ilk dövrlərində inşa edilib. Şirvanşahların yeddi yüz illik səltənətinə, monqolların Şamaxını dağıtmasına, daxili çəkişmələrə, rusların axınlarına, ermənilərin törətdikləri vəhşiliklərə şahidlik edib. Belə bir iddia da var ki, Xəzər xaqanı İslam dinini məhz bu məbəddə qəbul edib.

 

 

Məscid müxtəlif şəxslər tərəfindən müxəlif zamanlarda  bərpa olunub. Son bərpa işləri isə 2010-2013-cü illərdə aparılıb.

“Gənc Jurnalistlər” Klubunun üzvlərini məscidin imamı Mərəhməd Mustafayev qarşılayıb. O,  məbədin tarixindən söz açıb və tələbələri məbədin həyətindəki yeraltı şəhərlə tanış edib:

“1980-cı illərdə Heydər Əliyev bu məscidi bərpa etdirəndə bu yeraltı şəhər ortaya çıxdı. Aleksandr Düma Şamaxıda olanda yazır ki, Şamaxı Cümə məscidinin mədrəsəsində dünya elmlərinin, atronamiyanın ən son naliyyətləri tədris olunur. 1918-ci ildə ermənilər bu məscidi yandırdıqdan sonra ilk ali təhsilli, yerli memar Zivərbəy Əhmədbəyovun layihəsi ilə məscid yenidən inşa edilib. 1918-ci ilin mart ayında bu məbəddən əlavə daha 9  məscid dağıdılaraq, yararsız vəziyyətə gətirilib”.

Nə sasanilər dövrü, nə ərəb istilaları, nə monqol yürüşləri, nə də zəlzələlər Şamaxını erməni terroru qədər çökdürüb. “Şamaxı Cümə Məscidi” kitabının müəllifi Rəhim Rəhimli qeyd edir ki, əfsuslar olsun ki, mart-aprel aylarındakı soyqırımlarından danışarkən onların Şamaxıda törətdikləri vəhşiliklərin ifşası kölgədə qalır.

“Şamaxıda yaşayan rus həkimi Saonov 1918-ci ilin martın 19-da Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhimsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda o, ermənilərdən belə cavab alıb:

“Müsəlmanlara heç bir rəhm etmək yoxdur, onların hamısı məhv edilməlidir””.

1918-ci ilin mart ayının 18-indən başlayaraq azərbaycanlı sakinlər top atəşlərinin sədaları altında oyanırlar. Şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri xarabalığa çevrilib,  bir dənə də olsa azərbaycanlı evi salamat qalmayıb.

Ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı qətlə yetirilmiş minlərlə insan arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər  də var idi. Onlardan məhşur axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürüblər. Ermənilər əvvəlcə onun saqqalını yolub, dişlərini sındırıb,  gözlərini çıxarıb, qulaqlarını və burnunu kəsiblər.

Ümumilikdə isə Şamaxıda iki dəfə törədilən azərbaycanlı qırğınları zamanı şəhərin müsəlman əhalisindən 8-10 min arasında insan qətlə yetirilib. Bu qırğınlar 1918-ci ilin iyul ayının ortalarınadək, bu ərazilər Türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam edib.

Ermənilərdən xilas olmaq üçün Cümə məscidinə pənah gətirmiş 2000 nəfər, xüsusilə də qadın və uşaqlar həmin məsciddə də diri-diri yandırılıb. Meyitlərin iri sümüklərini isə türklər 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən basdırıblar. Komissiya üzvlərinin 1918-ci ilin oktyabr-noyabrında bu barədə hazırladığı məruzədə qeyd olunur ki, yandırılmış evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri aşkar edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər