18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - TƏHSİL - Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR
Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR +
22.11.2017, 14:39

Ali təhsil müəssisələrində bir çox maraqlı layihələrin keçirildiyini bilirik. Bunlardan biri də Azərbaycan Dillər Universitetində keçirilən “ Xəlifə” günü layihəsidir. Mən də bir neçə il əvvəl bu layihədə iştirak etmişəm. Bəlkə də heç bu maraqlı tədbir haqqında eşitməyənlər var.

Ona görə qərar verdik ki, bu tədbirin ilk seçim turunda müşahidəçi kimi iştirak edək. ADU-nun mətbuat katibi Ağa Cəfərli bizi çox xoş qarşıladı. Bu layihənin  tələbələrin özünün inkişafında çox böyük təsiri olduğunu qeyd edən ADU rəsmisi layihə haqqında Modern.az-a məlumat verdi:
 

“Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçiriləcək. “Bir günlük xəlifə” layihəsi ADU-da yeni yaradılan Auditoriya+ şöbəsinin ilk böyük layihəsidir.

“Bir günlük xəlifə” layihəsi çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edəcəklər. Həmin gün rəhbər vəzifələri icra edən  tələbələrin qərarları tam hüquqi qüvvəyə malik olacaq. Seçilən  şəxslər bir gün ərzində icra etdikləri vəzifənin maaşını alacaqlar. Tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəyə namizədliklərini verə bilərlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet  növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir”.

Ağa Cəfərli qeyd etdi ki,artıq “Bir günlük xəlifə” layihəsinin mərkəz  müdirləri çıxışlarını etməyə hazırdırlar. Ötən həftələrdə layihə ilə bağlı seminarlar da təşkil olunub. Seminarlarda “Bir günlük xəlifə” layihəsinin seçim turunun mərhələləri, namizədlərin platformalarını yazmaq qaydası və səsvermə forması barədə tələbələrə geniş məlumat verilib, “Bir günlük xəlifə” layihəsinin mahiyyəti izah olunub. Həmçinin “Bir günlük xəlifə” layihəsində universitetin rəhbər strukturlarının idarə edilməsi, həmin gün ərzində vəzifələri icra edəcək tələbələrin qərarlarının tam hüquqi qüvvəyə malik olması, vəzifələri tutacaq şəxslərin icra edəcəkləri vəzifənin bir günlük maaşını alacaqları da tələbələrin diqqətinə çatdırılıb.Bundan başqa, seminar iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb, universitetin hər bir tələbəsi, magistrant və doktorantların layihədə iştirak edə biləcəyi, vəzifələr tutacaq şəxslərin həmin universitetin “Kölgə kabineti”ni formalaşdıracağı və “Kölgə kabinetinin” fəaliyyəti barədə ümumi məlumat verilib:

“Bir günlük xəlifə layihəsi tələbələr arasında böyük marağa səbəb olub. Tələbələr 13 dekabr  2017-ci il tarixində keçiriləcək “Bir günlük xəlifə” gününü, eləcə də rəhbər strukturları kimlərin tutacağını səbirsizliklə gözləyirlər”.

Bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq xüsusiyyətlərinin inkişafında, peşə məsuliyyətlərini dərk etmələrində böyük rol oynayır. Bir günlük də olsa, tələbələr özlərinin idarəetmə bacarıqlarını nümayiş etdirmək imkanı qazanırlar.

 

Nəhayət vaxtdır,universitetin akt zalında mərkəz müdirlərinin seçimi başlanır.



Tədbirə tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynovun  giriş sözləri ilə start verildi. O qeyd etdi ki, əsasını Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın qoyduğu “Xəlifə günü”  layihəsi təhsil ocağında ilk dəfədir keçirilir:


“Bu yeni layihə  tələbələrin böyük marağına səbəb olub. Bu il 32vəzifə üzrə 247 tələbə öz namizədliyini irəli sürüb ki, olduqca böyük rəqəmdir. Elə bu da layihəyə olan maraqdan xəbər verir. Daha maraqlısı da odur ki, həmin tələbələrin 74-ü rektor vəzifəsinə namizədliyini irəli sürüb. Bir daha xatırladaq ki, “ Xəlifə günü” 13 dekabr tarixində həyata keçiriləcək. Səsvermənin şəffaf keçirilməsi üçün 4 fakultədən, hər fakultədən 20 nəfər olmaqla 80 seçici təyin edilib”.

 

Bundan sonra söz namizədlərə verildi. Öz platformalarını təqdim edən tələbələr arasında Vəliyeva Aysel, Quliyev Nihat, Qasımova Kübra, Tağıyev Rəşid, Babayev Şahverən, Hüseynzadə Böyükxanım, Əzizova Məhsəti, Əlizadə Şəfiqə, Əliyeva Vüsalə, Namazova Nərminə və Məmmədli Elsəvər qalib namizədlər oldular və “ Bir günlük xəlifə” layihəsində iştirak etmək hüququ qazandılar.

 

Tədbir bitdikdən sonra  fürsətdən istifadə edib “ Bir günlük xəlifə” layihəsində mətbuat katibi vəzifəsinə namizəd Jurnalistika və Filologiya fakultəsinin üçüncü kurs tələbəsi  Aysel Ağayevadan təəsüratlarını soruşdum. Aysel qeyd etdi ki, onun çıxışı sabah olacaq:

“Təbii olaraq həyəcanlıyam. Amma bu, mənim çıxışıma təsir etməyəcək. Yetərincə iddialıyam, çünki digər rəqiblərimdən fərqli olaraq ixtisasım üzrə vəzifəyə namizədlik vermişəm. Çıxışım hazırdır. Əminliklə deyə bilərəm ki, qəbul edəcəyim qərarlar kifayət qədər tələbələrin xeyrinə olacaq”.

 
Ümumi götürsək, tədbir gözləniləndən də daha maraqlı keçdi. Sərraf Hüseynov qeyd etdi ki, bu müsabiqənin sonu deyil, hələ seçimlər davam edəcək və rektor vəzifəsinə seçilən namizədi təyin etdikdən sonra yekunlaşacaq. 

Biz də bütün namizədlərə uğurlar arzulayırıq.

 

Əbülfəz Kərimov 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Məni tez xəstəxanaya aparın, ölürəm” - Nərimanovun sirli qətli
18.12.2017, 00:46

“Məni tez xəstəxanaya aparın, ölürəm” - Nərimanovun sirli qətli

Azərbaycanlı qız erməni ilə duet oxudu – Video
18.12.2017, 00:26

Azərbaycanlı qız erməni ilə duet oxudu – Video

İsrail Türkiyə ilə iqtisadi əlaqələrə yenidən baxa bilər
18.12.2017, 00:07

İsrail Türkiyə ilə iqtisadi əlaqələrə yenidən baxa bilər

Ucqar kənd müəllimləri şagirdlərinə hədiyyə qazandıra bilər
17.12.2017, 23:49

Ucqar kənd müəllimləri şagirdlərinə hədiyyə qazandıra bilər

Azərbaycanlı  tələbə “Best model of World”un qalibi olub
17.12.2017, 23:30

Azərbaycanlı  tələbə “Best model of World”un qalibi olub

Saakaşvili tərəfdarları ilə toqquşmada 30 polis yaralandı - Yenilənib, Video
17.12.2017, 23:12

Saakaşvili tərəfdarları ilə toqquşmada 30 polis yaralandı - Yenilənib, Video

“Yaşın nə fərqi var” deməyin – BİOLOJİ YAŞINIZI MÜƏYYƏNLƏŞDİRİN
17.12.2017, 22:53

“Yaşın nə fərqi var” deməyin – BİOLOJİ YAŞINIZI MÜƏYYƏNLƏŞDİRİN

GUAM ölkələrinin parlamentlərarası əlaqələri gücləndiriləcək
17.12.2017, 22:37

GUAM ölkələrinin parlamentlərarası əlaqələri gücləndiriləcək

Məktəblilərə siqaret satılır - Video
17.12.2017, 22:21

Məktəblilərə siqaret satılır - Video

Kollegiya saxlanılan "vəkil"lə bağlı bəyanat yaydı
17.12.2017, 22:04

Kollegiya saxlanılan "vəkil"lə bağlı bəyanat yaydı

Torpaq sürüşməsi Filippində 26 can aldı
17.12.2017, 21:43

Torpaq sürüşməsi Filippində 26 can aldı

ABŞ-da təyyarə qəzası: 3 ölü
17.12.2017, 21:28

ABŞ-da təyyarə qəzası: 3 ölü

Livanda Britaniya diplomatı qətlə yetirilib
17.12.2017, 21:14

Livanda Britaniya diplomatı qətlə yetirilib

ABŞ İŞİD lideri Əbu Bəkr əl-Bağdadini tutdu
17.12.2017, 21:00

ABŞ İŞİD lideri Əbu Bəkr əl-Bağdadini tutdu

Türkiyə Şərqi Qüdsdə səfirlik açır
17.12.2017, 20:47

Türkiyə Şərqi Qüdsdə səfirlik açır

Bakıda qadını hamamda döydülər
17.12.2017, 20:16

Bakıda qadını hamamda döydülər

Metroda cibgirə qarşı xüsusi əməliyyat...
17.12.2017, 20:02

Metroda cibgirə qarşı xüsusi əməliyyat...

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
17.12.2017, 19:51

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Saakaşvili: “Poroşenko ilə bir şərtlə görüşərəm...”
17.12.2017, 17:59

Saakaşvili: “Poroşenko ilə bir şərtlə görüşərəm...”

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı
17.12.2017, 17:28

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb
17.12.2017, 17:12

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”
17.12.2017, 16:25

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb
17.12.2017, 16:02

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU
17.12.2017, 15:24

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...
17.12.2017, 15:11

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı   
17.12.2017, 15:07

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı  

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında
17.12.2017, 15:02

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ
17.12.2017, 14:42

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO
17.12.2017, 14:06

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”
17.12.2017, 13:48

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”

Avropalı deputatdan çağırış: “Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir”
17.12.2017, 13:16

Avropalı deputatdan çağırış: Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ
17.12.2017, 13:06

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu   
17.12.2017, 12:56

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu  

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR
17.12.2017, 12:38

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 
17.12.2017, 11:53

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.11%)
Araz Ağalarov (12.1%)
Mübariz Mənsimov (19.6%)
Fərhad Əhmədov(12.5%)
Füzuli Məmmədov(52.4%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(1.72%)
Digərləri(1.01%)