Modern.az

Həyatdan erkən köçən dünya MƏŞHURLARI

Həyatdan erkən köçən dünya MƏŞHURLARI

Dünya

22 Noyabr 2017, 15:17

Qısa, lakin mənalı ömür sürən, adlarını tarixin səhifələrinə yazdıra bilən insanların sayı az deyil. Tarixə nəzər saldıqda, Fransanın xalq qəhrəmanı Janna Darkın 19 yaşında edam olunmasını, rus şairi Sergey Yeseninin 30 yaşında müəmmalı intihar etməsini, onun ingilis həmkarı Persi Şellinin 29 yaşı olarən Aralıq dənizində boğulmasını, Mixail Lermontovun 27 yaşında dueldə öldürülməsini xatırlamaq olar. Təəsüf ki, müasir dövrümüzdə həyatla tez vidalaşan ulduzlar var.

 

Modern.az erkən yaşda həyatdan köçən məşhurların siyahısını təqdim edir.

 

Aliya (16 yanvar 1979 – 25 avqust 2001) - Amerikalı pop müğənnisi və aktrisa Aliya 22 yaşında faciəli şəkildə həyatını itirmişdi. Növbəti klipin çəkilişləri üçün Baham adalarına gedən müğənni helikopter qəzası zamanı çəkiliş qrupunun 8 üzvü ilə birlikdə həlak olmuşdu. Qəza 2011-ci il avqustun 25-də baş vermişdi.

 

River Feniks (23 avqust 1970 – 31 oktyabr 1993) – Hollivudun ümid vəd edən simalarından olan Rivers Feniks çox erkən həyatdan köçüb. 19 yaşında “Yerində qaçış” filminə görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarında nominasiya qazanan aktyor bir çox televiziya filmlərində rol almışdı. O, 23 yaşındaykən Los-Anceledəki “Viper Room” gecə klubunun qarşısında narkotik vasitə qəbulu zamanı keçinmişdi.

 

Ceyms Din (8 fevral 1931 - 30 sentyabr 1955) – Məşhur amerikalı aktyor 24 yaşında gözlərini əbədiyyətə yummuşdu. 1955-ci ildə eyni vaxtda iki filmə görə (“Nəhəng” və “Cənnətdən Şərqə”), “Oskar” nominasiyası qazanmış ulduz aktyor fotosessiyadan dönən zaman avtomobili ilə düşdüyü yol qəzasında keçinmişdi.

 

Viktor Tsoy (21 iyun 1962- 15 avqust 1990) – SSRİ rokunu ən məşhur simalarından biri və “Kino” qrupunun lideri sayılan Tsoy 28 yaşında həyatdan köçüb. Hit mahnıların müəllifi, şair və rəssam kimi çalışan müğənni 1990-c ıildə Latviyanın Kestertsiems qəsəbəsi yaxınlığında törədtdiyi avtomobil qəzasında həyatını dəyişib.

 

Kurt Kobeyn (20 fevral 1967 – 5 aprel 1994) – ABŞ musiqiçisi, “Nirvana” qrupunun lideri 27 yaşında həyatla vidalaşıb. Qranj janrında musiqi bəstələyən və bütün yaradıcılığı boyu depressiyadan əziyyət çəkən ulduz musiqiçi ov tüfəngindən atəş açaraq öz malikanəsində intihar etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi