Modern.az

Xəzərdə yenə zəlzələ oldu

Xəzərdə yenə zəlzələ oldu

22 Noyabr 2017, 15:28

Xəzərdə bu gün ikinci zəlzələ qeydə alınıb.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:25:43-də Xəzər dənizində baş verib. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.

 

Qeyd edək ki, bundan öncə səhər saatlarında Xəzər dənizində daha bir zəlzələ olub. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, təkanlar yerli vaxtla saat 08:36-da qeydə alınıb.

 

Məlumata görə, maqnitudası 3.2, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi