Modern.az

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

22 Noyabr 2017, 15:40

Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 21-23 noyabr tarixlərində Sudanın Xartum şəhərində keçirilən İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransında iştirak etdi.

 

Nəzərinizə çatdırmaq istərdik ki, 2015-ci ilin 23-25 noyabr tarixində Bakı şəhərində baş tutmuş İSESKO İcraiyyə Şurasının iclası və 12-ci Baş Konfransı zamanı Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilmişdir. Bununla əlaqədar Baş Konfransın sədri kimi Azərbaycan Mədəniyyət Nazirlərinin 10-cu konfransına rəhbərlik edirdi.

 

Konfransda İSESKO-nun baş direktorunun təşkilatın son iki il ərzindəki fəaliyyətinə dair hesabatları dinlənildi. Müzakirə zamanı Azərbaycan tərəfinin təklifi ilə qəbul edilmiş “Dünyada İslam irsinin qorunmasına dair Bəyannamə”yə Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində mədəni irsin vəziyyətinin araşdırılması məsələsi daxil edildi.

 

Nazir Əbülfəs Qarayev çıxış edərək son iki ildə ölkəmizin uğurları, İslam dünyası ilə əməkdaşlığı, cənab Prezident tərəfindən elan edilmiş “İslam həmrəyliyi ili” çərçivəsində təşkil olunan tədbirlər, xüsusilə İslam Həmrəyliyi Oyunları, 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Şəkinin YUNESKO tərəfindən Yaradıcı Şəhər elan olunmasının əhəmiyyəti, 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edilməsi barədə məlumat verdi. Nazir müsəlman ölkələrini Dünya EXPO 2025 sərgisinə namizəd olan İSESKO və İslam Əməkdaşlıq Təşkilatının üzvü yeganə ölkənin - Azərbaycanın paytaxt şəhəri Bakının namizədliyini dəstəkləməyə çağırdı.

 

Əbülfəs Qarayev tədbir çərçivəsində İSESKO-nun baş direktoru, Türkiyə, Bəhreyn, Sudan, Banqladeş, İraq və digər ölkələrdən olan həmkarları ilə görüşərək qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı