Modern.az

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

22 Noyabr 2017, 15:48

“Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib.

 

Bu barədə Mash teleqram-kanalı xəbər yayıb.

 

Qeyd edilir ki, biznesmen Provansda məskən salmağı planlaşdırır.

 

Teleqram-kanalın məlumatına görə, fransız xüsusi xidmət orqanları ilə danışıqlarda T.İsmayılov bildirib ki, guya onda Rusiyanın bütün gücstrukturlarından olan yüksək vəzifəli şəxslərlə bağlı ifşaedici dəlillər var. Əgər ona sığınacaq versələr, onda o da bütün informasiyaları Fransaya verəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır