Modern.az

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Aktual

22 Noyabr 2017, 16:02

İranın Ali Lideri Ayətullah Əli Xamenei İŞİD-i "xərçəng yığını" adlandırıb.

 

İranın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Ə.Xamenei İslam İnqilabının Keçikçilər Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasım Süleymaninin məktubuna cavabında bu barədə deyib:

 

“Siz xərçəng yığını olan öldürücü İŞİD-i darmadağın etməklə təkcə region dövlətləri və İslam dünyasına deyil, bütün xalqlara, bəşəriyyətə böyük xidmət göstərdiniz”.

 

Ə.Xamenei bildirib ki, bu, təkcə qəddar və üzüqara İŞİD qruplaşmasına endirilmiş zərbə deyildi, regionda daxili müharibə yaratmış, müstəqil dövlətləri bu qrupun qəddar rəhbərləri vasitəsilə zəiflətməyi hədəfə almış xəbis siyasətə endirilmiş daha ağır zərbə idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır