23 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  
Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  
22.11.2017, 16:26

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın Rusiya xarici işlər naziri Serqey Lavrovla keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanata münasibət bildirib.

Modern.az-a açıqlamasında H.Hacıyev deyib:

“Göründüyü kimi, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabrda Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən danışıqların substantiv və intensiv şəkildə aparılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir. Daim danışıqları imitasiya edən və texniki-köməkçi məsələlərlə diqqəti əsas hədəfdən yayındırmağa çalışan E.Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub”.


H.Hacıyev qeyd edib ki, Ermənistan xarici işlər naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyasından danışdığı halda, həmsədrlərin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə münasibətdə “dəvəquşu siyasəti”ni davam etdirir:


"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələrini, ATƏT Budapeşt sammitinin qərarlarını, Helsinki Yekun Aktını əsas götürməlidirlər. BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərini görməməzliyə vurmaq Minsk Qrupunun həmsədrlərin mandatını inkar etmək deməkdir.

1994-cü il Budapeşt Sammitində üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: “Onlar (ATƏT üzv ölkələrinin dövlət və hökumət başçıları, o cümlədən ABŞ, Fransa və Rusiya) BMT TŞ-nın müvafiq qətnamələrinə öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara;....silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.

BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 874(1993) və 884(1993) qətnamələri beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn müvafiq prinsipləri əsasında münaqişənin həlli üzrə siyasi prosesin əsasını təşkil edən hüquqi çərçivəni müəyyən edib.

Qətnamələr Azərbaycan ərazilərinin işğalını pisləyib, güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir. Heç bir dövlətə BMT TŞ-nın qətnamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib.

Həmçinin, 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası tərəfindən ATƏT-in Minsk Qrupu tərəfindən təqdim olunan “TŞ-nın 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanılır və təqdir olunur. BMT TŞ-nın 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.

BMT Baş katibinin 31 oktyabr 1994-cü il tarixli, SG/SM/5469 nömrəli açıqlamasında isə aydın şəkildə bildirilir: “BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. 1-ci prinsip Azərbaycanın ərazi bütövlüydür. 2-ci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzlidir. 4-cü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır”.

Ermənistan indiyə qədər bu tələbləri yerinə yetirmir?

Həmsədr ölkələrin dövlət başçılarının Helsinki Yekun Aktı əsasında hazırlanmış Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarının da mahiyyəti Ermənistan xarici işlər naziri tərəfindən təhrif olunur. ATƏT-in ABŞ-dan olan həmsədrinin bu ilin avqustunda digər həmsədr ölkələrlə razılaşdırılmış şəkildə bu bəyanatlar əsasında münaqişənin həlli prinsipləri açıqlanan zaman Ermənistan xarici işlər nazirinin etirazı və biri digərini inkar edən bəyanatlar verməsi hamının yaxşı yadındadır.

Azərbaycan BMT TŞ-nın qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan real faktlarla çıxış edir. Ermənistanın istəyindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin tezliklə həll olunması və regionda davamlı sülhün təmin olunması üçün danışıqlar bu əsasda aparılır".

Azərbaycan XİN rəsmisi bildirib ki, Ermənistan tərəfi reallığı anlamalı və “dəvəquşu siyasəti”nə son qoymalıdır:


"Hamı bilməlidir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edəcəkdir".

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq
23.07.2018, 15:57

Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - YENİLƏNİB
23.07.2018, 15:37

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - YENİLƏNİB

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı   
23.07.2018, 15:33

Aqrar sahədə də Könüllülər Hərəkatı yaradıldı  

17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB
23.07.2018, 15:28

17 yaşlı qız imtahanda az bal topladığına görə intihar edib - YENİLƏNİB

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi
23.07.2018, 15:21

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi

Dünya Çempionu Dağlıq Qarabağa qanunsuz səfər edib
23.07.2018, 14:56

Dünya Çempionu Dağlıq Qarabağa qanunsuz səfər edib

Dindarlar Gəncə hadisələrini qətiyyətlə pisləyirlər - VİDEO
23.07.2018, 14:53

Dindarlar Gəncə hadisələrini qətiyyətlə pisləyirlər - VİDEO

Ermənistanın Qarabağdakı qanunsuz iqtisadi fəaliyyəti haqda sənəd hazırlanıb - SİYAHI   
23.07.2018, 14:51

Ermənistanın Qarabağdakı qanunsuz iqtisadi fəaliyyəti haqda sənəd hazırlanıb - SİYAHI  

“Bölgələrdən bölgələrə” festivalı Göygöl rayonunda
23.07.2018, 14:50

“Bölgələrdən bölgələrə” festivalı Göygöl rayonunda

İŞİD İraq kürdlərinin paytaxtına hücum etdi – Ölənlər var
23.07.2018, 14:50

İŞİD İraq kürdlərinin paytaxtına hücum etdi – Ölənlər var

Azərbaycan Xarici İşlər Nazirliyindən “Ağdam açıqlaması”...   
23.07.2018, 14:36

Azərbaycan Xarici İşlər Nazirliyindən “Ağdam açıqlaması”...  

23.07.2018, 14:35

"Qarabağ"ın potensial rəqibləri məlum oldu

Serbiyanın nüfuzlu KİV-ləri Dilqəmlə Şahbazdan yazdı
23.07.2018, 14:29

Serbiyanın nüfuzlu KİV-ləri Dilqəmlə Şahbazdan yazdı

Musa Yaqub hələ də danışa bilmir   
23.07.2018, 14:20

Musa Yaqub hələ də danışa bilmir  

Siyasətçiləri rüsvay edən ən məşhur SEKS SKANDALLARI
23.07.2018, 14:03

Siyasətçiləri rüsvay edən ən məşhur SEKS SKANDALLARI

Cəlilabadda iki qardaş yol qəzasında öldü
23.07.2018, 14:01

Cəlilabadda iki qardaş yol qəzasında öldü

Qanunsuz ağac kəsən şirkətə xəbərdarlıq edildi
23.07.2018, 13:59

Qanunsuz ağac kəsən şirkətə xəbərdarlıq edildi

6 azərbaycanlı Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz gedib
23.07.2018, 13:17

6 azərbaycanlı Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz gedib

Vikipediya-çılardan Rasim Balayevə yubiley hədiyyəsi   
23.07.2018, 13:06

Vikipediya-çılardan Rasim Balayevə yubiley hədiyyəsi  

83 yaşlı fermer: “Cavanlar kəndi qoyub şəhərə qaçmasınlar”
23.07.2018, 13:04

83 yaşlı fermer: “Cavanlar kəndi qoyub şəhərə qaçmasınlar”

Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevin ittihamlarına ironiya etdi: “Boş verin”
23.07.2018, 13:02

Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevin ittihamlarına ironiya etdi: “Boş verin”

Sabahın havası - Bakıda külək əsəcək, yağış yağacaq
23.07.2018, 12:53

Sabahın havası - Bakıda külək əsəcək, yağış yağacaq

Xalq artisti elmi dərəcə ala bilməz?
23.07.2018, 12:27

Xalq artisti elmi dərəcə ala bilməz?

UNEC-də türk dilində tədrisdə yeni model
23.07.2018, 12:18

UNEC-də türk dilində tədrisdə yeni model

Kürdəmirdə DƏHŞƏT: Ata ögey oğlunu döyüb öldürdü
23.07.2018, 12:16

Kürdəmirdə DƏHŞƏT: Ata ögey oğlunu döyüb öldürdü

Abşeronda 6 dost 1 nəfəri öldürüb   
23.07.2018, 11:50

Abşeronda 6 dost 1 nəfəri öldürüb  

Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başladı
23.07.2018, 11:39

Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başladı

Gəncədə hansı taksi xidmətindən istifadə edək? - VİDEO
23.07.2018, 11:35

Gəncədə hansı taksi xidmətindən istifadə edək? - VİDEO

Bakıda süpürgəçiləri əvəz edən yeni maşınlar alınıb   
23.07.2018, 11:32

Bakıda süpürgəçiləri əvəz edən yeni maşınlar alınıb  

Flora Kərimova: “İstəyirəm bir küncə qısılam, öləm”
23.07.2018, 11:29

Flora Kərimova: “İstəyirəm bir küncə qısılam, öləm”

Dövlət Agentliyi 200-dən artıq yol texnikası alıb   
23.07.2018, 11:05

Dövlət Agentliyi 200-dən artıq yol texnikası alıb  

"Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım 5 ilin uğurlu nəticəsidir"
23.07.2018, 11:00

"Milan Politexnik Universitetinə daxil olmağım BANM-da təhsil aldığım 5 ilin uğurlu nəticəsidir"

700 bal toplayan abituriyent: “Əsl mübarizə bundan sonra başlayır”   
23.07.2018, 11:00

700 bal toplayan abituriyent: “Əsl mübarizə bundan sonra başlayır”  

Deputat ağsaqqal seçicilərini qəbul etdi - FOTOLAR   
23.07.2018, 10:55

Deputat ağsaqqal seçicilərini qəbul etdi - FOTOLAR  

Alman müəllim: “Ən çox cavablandırdığım suallardan biri budur: “Niyə Azərbaycana köçdün?”
23.07.2018, 10:49

Alman müəllim: “Ən çox cavablandırdığım suallardan biri budur: “Niyə Azərbaycana köçdün?”

ARXİV