Modern.az

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ

22 Noyabr 2017, 17:40

“Dünən Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı dövlət büdcəsində  sosial xərclərin azaldığı barədə fikirlər səsləndirildi. Amma 2018-ci ilin dövlət büdcəsində heç bir sosial xərc azaldılmayıb. Ən azı cari ilin səviyyəsində saxlanılıb”. 


Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib. Nazir tələbələrə verilən təqaüdlərin azaldılması məsələsinə də aydınlıq gətirib.


“Bildiyiniz kimi, tələbələrə yeni mexanizmə uyğun olaraq təqaüdlər verilir. İlk növbədə yaxşı qiymət alan ödənişli əsaslarla oxuyan tələbələrə də təqaüdlər verilir. Tələbələrə verilən təqaüdlər azaldılmır, əksinə artırılır”.


S.Şərifov sosail müdafiə və sosial təminat xərcləri ilə bağlı da məlumat verib.


“Əmək pensiyaları haqqında qanuna uyğun olaraq, əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək. Həmin indeksləşmə zamanı da artımlar nəzərdə tutulub”.

Nazir deyib ki, Rəşt-Asata dəmiryolunun işə düşməsi ilə əlaqədar bu istiqamətdə aktiv işlər həyata keçirilir. Müəyyən kredit saizşləri istiqamətində işlər yekunlaşmaqdadır.

“ Lənkərandan keçən Bakı- Astara dəmir yolunun köçürüməsi ilə bağlı dövlət başçısının tapşırığına əsasən müəyyən hazırlıq işləri görülür. Bu işlə “Azərbaycan Dəmiryolları” ASC və İqtsadiyyat Nazirliyi məşğul olur”,-deyə, S.Şərifov bildirib.

Nazir qeyd edib ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, o cümlədən onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət və icmal büdcədən bütövlükdə 487 milyon manat nəzərdə tutulub. Bu da cari illə müqayisədə 50% və ya 161 mln. manat çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir