Modern.az

Tbilisidə antiterror əməliyyatı

Tbilisidə antiterror əməliyyatı

Dünya

22 Noyabr 2017, 19:51

Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb.

 

N.Giorqobianinin sözlərinə görə, əməliyyat zamanı saxlanılan və zərərsizləşdirilmiş şəxslər Gürcüstan vətəndaşları deyil: “Kriminal qrup üzvlərinin kimliyinin müəyyən olunması üçün beynəlxalq antiterror əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?