Modern.az

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb

22 Noyabr 2017, 20:43

Tərtər rayonunda zəlzələ nəticəsində məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb. Modern.az  xəbər verir ki, bu barədə "Report"a Tərtər Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini İlqar Musayev məlumat verib.

 

Onun sözlərinə görə, Tərtər rayonunun Qazıyan kənd körpələr evi uşaq bağçası və Şəmil Quluyev adına İsmayılbəyli kənd orta məktəbinin binalarında iri çatlar əmələ gəlib və bir sıra otaqlarında təhlükəli vəziyyət yaranıb: "Hazırda həmin dərs otaqlarında tədris aparılmır. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yaranmış vəziyyətlə bağlı əraziyə baxış keçiriblər".

 

İ.Musayev həmçinin İsmayılbəyli, Evoğlu və Qazıyan kəndlərində vətəndaşlara məxsus 11 fərdi yaşayış evinin zəlzələnin təsirindən uçduğunu, yüzdən çox evdə isə çatlar yaranıb.

 

Qeyd edək ki, noyabrın 16-ı saat 23:48-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb. 25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?