Modern.az

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Dünya

22 Noyabr 2017, 21:45

Əfqanıstanda Baqram hərbi aviasiya bazası ərazisində Gürcüstan Silahlı Qüvvələrinin üç hərbçisi yaralanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hərbçilər yüngül yara alıblar və hərbi bazanın xəstəxanasına yerləşdiriliblər. Sülhməramlıların vəziyyəti sabitdir və həyatları təhlükədə deyil.

 

Qeyd edək ki, gürcü hərbçilərindən ibarət batalyon Əfqanıstanda ABŞ-ın “Qəti dəstək” adlı missiyasını həyata keçirir. Batalyonun əsas vəzifəsi Baqram aviasiya bazasının təhlükəsizliyini təmin etməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir