Modern.az

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Aktual

22 Noyabr 2017, 22:21

Azərbaycan Milli Elmlər Akademiyasının “Yüksək Texnologiyalar Parkı”nın rezidenti “Millers Oils Azerbaijan” MMC noyabrın 23-də “premium klass” tipli mühərrik yağlarının istehsalına başlaması münasibətilə təqdimat keçirəcək. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə “Yüksək Texnologiyalar Parkı”ndan məlumat verilib.

 

Məlumata görə, “Millers Oils Azerbaijan”ın istehsalat gücü hazır vəziyyətə gətirilib və istehsalat prosesi təqdimatdan sonra başlayacaq.

 

Qeyd edək ki, hazırda “Yüksək Texnologiyalar Parkı” Təcrübə-sənaye zavodunun sürtkü yağlarını Türkiyə və Gürcüstana ixrac edir. Planlara bu məhsulun Rusiya və Mərkəzi Asiya ölkələrinə ixracı da daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?