Modern.az

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

22 Noyabr 2017, 22:49

Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən "Qarabağ" "Çelsi" klubları arasında qarşılaşma yekunlaşdı. Modern.az xəbər verir ki, oyunun 85-ci dəqiqəsində "Qarabağ" qapısında 4-cü qolu görüb. Villian özünün ikinci, komandasının 4-cü qolunu vurub. Bununla da oyun "Çelsi"nin 0:4 hesablı qələbəsi ilə yekunlaşıb.

 

22:32

 

Oyunun 71-ci dəqiqəsində hakim daha bir mübahisəli qərar verib. Modern.az xəbər verir ki, Maksim Medvedevin cərimə meydançası kənarındakı hərəkəti penalti kimi qiymətləndirilib. Bundan sonra "Qarabağ"ın qapısına ikinci penalti təyin edilib. 11 metrlik cərimə zərbəsinii dəqiq yerinə yetirən Fabreqas komandasının 3-cü qolunu vurub.

 

21:37

 

Oyunun 36-cı dəqiqəsində "Qarabağ" qapısında ikinci qolu görüb. Modern.az xəbər verir ki, bu dəfə rəqibin 22 nömrəli oyunçusu Villian fərqlənib.

 

21:22

 

"Qarabağ" "Çelsi" qarşılaşmasının 20-ci dəqiqəsində komandamız azlıqda qalıb. Modern.az xəbər verir ki, hakim Rəşad Sadıqovun Villiana qarşı hərəkətini qayda pozuntusu kimi qeydə alaraq "Qarabağ"ın qapısına penaltı təyin edib. Həmçinin, komandanın kapitanı Rəşad Sadıqov qırmızı vərəqə ilə cəzalandırıb. Penalti zərbəsini Eden Azar dəqiq yerinə yetirib - 0:1.

 

21:00

 

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində növbəti oyunlar keçirilir. Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda "Qarabağ" İngiltərənin "Çelsi" klubunu qəbul edəcək.

 

İngiltərə çempionu ilə oyun üçün satışa çıxarılan biletlər bir neçə gün öncədən bitib. Bu səbəbdən də "Qarabağ"ın qrupdakı son ev oyununda anşlaq yaşanacağı gözlənilir.

 

Əvvəlki 2 turda "Atletiko"dan xal alan Qurban Qurbanovun komandası eyni uğuru londonlularla görüşdə də davam etdirmək istəyir.

 

"Qarabağ" Bakıda İngiltərədəki 6:0 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi