Modern.az

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

22 Noyabr 2017, 23:41

"Komandamın oyunundan məmnunam. Növbəti mərhələyə vəsiqə qazandıq. “Atletiko” ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rotasiyalar etmək imkanı yaradacaq". Modern.az xəbər verir ki, bunu "Qarabağ" "Çelsi" qarşılaşmasından sonra təşkil edilən mətbuat konfransında “Çelsi”nin baş məşqçisi Antonio Konte bildirib.

 

Qırmızı vərəqə və penalti qərarları ilə bağlı suala cavabında Antonio həmin vəziyyətlər haqda danışmaq çətin olduğunu bildirib: "Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdır. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı