Modern.az

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Dünya

22 Noyabr 2017, 23:56

Ukraynada otelə silahlı hücum olub. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Korets rayonunun Braniv kəndində qeydə alınıb. Kiyev-Çop yolunun üstündəki mehmanxana-restoran kompleksinə hücum edən maskalı və kamuflyaj geyimli bir qrup naməlum şəxs oteli qarət edib. Naməlum şəxslər həmin vaxt oteldə olan iki Azərbaycan vətəndaşını döyüblər. Azərbaycanlılar həmin vaxt restorana qəhvə işmək üçün daxil olublarmış. Onların telefonları da əllərindən alınıb.

 

Quldurlar insanları əl-qolu bağlı vəziyyətdə qoyaraq hadisə yerini tərk ediblər. Yalnız iki saatdan sonra otelin 59 yaşlı qadın işçisi özünü ipdən azad edə bilib və başqalarının da əl-qolunu açıb. Hazırda hadisə yerində araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu