19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Onun özü yox, əməlləri danışır...  
Onun özü yox, əməlləri danışır...  
23.11.2017, 08:38

Deputat həmkarım və dəyərli dostum Madər Musayevi - Hacı Madəri hər görəndə özümdən asılı olmayaraq uzaq 60-cı illəri xatırlayıram. Ali məktəbə daxil olub taleyimi bağladığım doğma Bakı ilə ilk tanışlıq günlərim düşür yadıma...

Onun düşüncələrimdəki işıqlı obrazı ilə ömrün o maraqlı anları arasında müəyyən bir rabitə yaranır...

Bu hiss, yəqin çoxlarına tanışdır. Doğulub böyüdüyün məkandan kənara çıxmayana qədər adama elə gəlir ki, dünyanın ən hündür ağacları da, ən uzun yolları da, ən qəlbi tikililəri də o yerlərdədir. Lənkərandakı ata evimizdə uşaqlığın şirin xatirələri ilə vidalaşıb, Bakıda yaşamağa başladığım günlərdən dünya gözlərimdə birdən-birə ölçülərini dəyişməyə başladı. Bakı təsəvvürümdə Yer üzünün ən böyük şəhərinə, buradakı beşmərtəbəli binalar ən hündür göydələnlərə, paytaxtın geniş küçə və prospektləri getdikcə bitməyən, uzandıqca-uzanan yollara çevrildi...

Əyalətdən yenicə gəlmiş bir gənc üçün Bakının havasından səs-küyünə, insanlarının geyimlərindən ləhcələrinə, davranış tərzlərinə qədər bir çox şeylər büsbütün fərqli idi. Amma bu müxtəlifliklərin içində də bir çox ümumiliklər tapmaq olardı. 

Doğma paytaxtda ilk kəşf etdiyim belə ortaq dəyərlərdən biri Bakı ağsaqqalları oldu. Gördüm ki, onlar da Lənkəranda, ata yurdum Lerikdə gördüyüm ixtiyarların tam eynisidirlər. Onlar kimi ağır salğarlıdırlar, mərddirlər, xeyirxahdırlar. Dar gündə olanın köməyinə yetəndirlər. İlk baxışda sərt və tündməcaz görünmələrinə rəğmən, böyük ürək sahibidirlər. Öz yaşıdları ilə şux zarafatları, baməzə söhbətləri xoşlayandırlar. Həm də qıvraqdırlar, zirəkdirlər, zəhmət çəkməyə ərinib, əllərini işdən, qazancdan, gündəlik ruzidən iraq qoyan deyillər. 

Ömrün o unudulmaz illərində taleyin rastıma çıxardığı bu insanlardan həmişə yaxşılıq gördüm. Onlardan görüb-götürməyə çalışdım. Zaman Bakının özü kimi bu şəhərin ağsaqqallarını da qısa zamanda doğmalaşdırdı. 

İndi fərqindəyəm ki, bu doğmalıq, əslində, dəyərlərin doğmalığı imiş... O dəyərlərin ki, Azərbaycanın hər bir yerində elin sayılıb-seçilən ağsaqqalları onları yenə öz şəxsiyyətlərində yaşadıb, qoruyub gələcək nəsillərə ötürürlər. 

O kişilərdəndir Hacı Madər...

O, 60-cı illərdə gördüyüm, söz-söhbətlərini, davranışlarını, insanlara münasibətlərini bir yazıçı diqqəti ilə izləyib təxəyyülümə köçürdüyüm Bakı ağsaqqallarını xatırladır. Buna görə də hər dəfə Hacı Madəri görəndə sanki yenidən tələbəlik illərimə qayıdıram...

***

Yaradana şükürlər olsun ki, Azərbaycan müstəqillik əldə edəndən sonra cəmiyyətimizdə vicdan azadlığı təmin olunub. Müqəddəs məkanlara yollarımız açılıb. İndi vətəndaşlarımız imkanı çatan hər bir müsəlman üçün vacib əməllərdən sayılan Həcc ziyarətinə gedə bilirlər. 
80-ci illərin sonlarından üzübəri, minlərlə soydaşımız Kəbədə olub. Əlbəttə, bir çoxlarının bu ziyarətdə məqsədi, özünü hər hansısa bir dini titulla cəmiyyətdən fərqləndirmək deyil, sadəcə, islami hökmü yerinə yetirməkdir. Ona görə də bu adamları Həcc ziyarətindən sonra da doğru olaraq, yenə sadəcə, öz rəsmi ad və soyadları ilə xatırlayırıq. Madər Musayev təqdimatına gəlincə isə... vəziyyət dəyişir. Hacı titulu onun adına elə qaynayıb-qarışıb ki, az qala, rəsmi sənədlərdə də belə yazıldığını zənn edirsən. İclasda, rəsmi tədbirlərdə qəfil “Madər Musayev” deyə elan ediləndə, bir anlıq “Kim?” sualı ilə duruxduğun da olur...

İnsanlarımız onu Madər Musayevdən çox, Hacı Madər kimi tanıyırlar. Bu, zənnimcə, Beytül-Müqəddəsi ziyarətlə əldə edilmiş titul deyil. Başqalarına xoş münasibətin, xeyir əməllərin, yaxşı adla yaşanmış ömrün insana qazandırdığı böyük xətir-hörmətin bir kəlmədə ifadəsidir.
Adətən, kimsə xeyrə-şərə yarayıb adamların karına gələndə, nəcib işləri ilə el-obada ad çıxaranda, köməksizlərə təmənnasız əl tutanda və bütün bunların qarşılığında ruzi-bərəkəti başından töküləndə söyləyirlər ki, deyəsən, bu adama hacılıq gələcək...

Hacı Madərin adı qarşısındakı titul da onun missiyasının formalaşdırdığı ictimai dəyərdir...

***

O, 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, 1995-ci ildən isə ardıcıl olaraq 5 çağırış Milli Məclisin deputatı seçilib. Binəqədi seçicilərinin bu qədər böyük bir müddətdə ona etimad göstərmələri Hacı Madərin camaat arasındakı böyük nüfuzundan irəli gəlir. Bu, yalnız ictimai inamdan, qarşılıqlı səmimiyyətdən qaynaqlanır. İnsanların inamını öz əməlləri ilə doğruldub etibar qazanan, seçicilərin səs əmanətinə zərrə qədər xəyanət etməyən, kimisə allı-güllü vədlərlə aldatmayan şəxsə təkrar-təkrar etimad göstərilməsidir...

Əvvəllər elə bilirdim ki, bu münasibət deputat həmkarımın özünün Binəqədi kəndində doğulub böyüməsindən və indiyə qədər də bu kənddə yaşamasından irəli gəlir. Məhz Binəqədidən olduğuna görə, yerli camaat arasında bu qədər böyük hörməti var. Amma sonra gördüm ki, Hacı Madərin insanlar arasındakı nüfuzu təkcə Binəqədi çevrəsi ilə məhdudlaşmır. Bu ad hər yerdə hörmətlə çəkilir, xatiri əziz tutulur. Yaxından-uzaqdan tanıyan hər kəs, ona ehtiram bəsləyir. 
Bu, hansısa vəzifənin, statusun formalaşdırdığı münasibət deyil. Tam əminəm ki, Hacı Madər Azərbaycan Respublikası Milli Məclisinin deputatı deyil, Binəqədi kəndinin bələdiyyə üzvü, adi bir sakini olsaydı belə, yenə onu tanıyan bütün insanların hörmətini qazanacaqdı. Deputat statusunun yaratdığı fərq isə bundan ibarətdir ki, indi onu tək bir kənd yox, ümumən cəmiyyət tanıyır və şəxsiyyətinə rəğbət göstərir.

Bu münasibət Hacı Madərin bir insan kimi təbiiliyindən, yüksək səmimiyyətindən, haqqı-nahaqqın ayağına verməməsindən irəli gəlir. Onu insanlara ən əvvəl bu keyfiyyətləri tanıdır. Riyakarlıqdan uzaq, təbiət qədər saf və koloritli insan indiki dünyamızda həyatın az rastlanan xoş tapıntısıdır. Hacı Madərlə ilk dəfə kəlmə kəsən hər kəs, yaxından tanıdıqca onun timsalında belə bir tapıntını fərq etmiş olur. 

Görür ki, həyat onu inamın, etibarın, əhdə sədaqətin, köhnə kişilərə xas sözübütövlük hissinin ucuz tutulmadığı, mənəvi dəyərlərin get-gedə qəhətə çıxdığı bir dünyada yaşamaq istəyən və belə bir dünya üçün ən azı, bir fərd səviyyəsində nələrsə etməyə can atan Allah adamı ilə qarşılaşdırıb...

Yuxarıda Hacı Madərin ağsaqqallıq mahiyyətindən bəhs etdik. Bu yaşımda çox ziddiyyətli insanlarla, mürəkkəb xarakter sahibləri ilə qarşılaşdım. Ağsaqqal yaşda adam gördüm, amma ağsaqqallığını görmədim... Müdriklik yaşına yetişmiş şəxslərlə rastlaşdım, amma sözlərində, əməllərində nə nəsihət, nə dürüstlük, nə də ki, böyüklük duydum...

Gizlətmirəm, yalanı da, riyakarlığı da, cılızlığı da gənc nəsildən daha çox məhz öz həmyaşıdlarımda görürəm. Amma nə yaxşı ki, bunları Hacı Madərdə görmürəm. Yalandan, riyadan, işə pəl vurmaqdan, pislikdən uzaq, tam bir səmimiyyət sahibidir bizim Hacı Madər...
Ağsaqqal kimi əsl ağsaqqaldır Hacı Madər...

***

O, Milli Məclisin çox danışmayan deputatlarındandır. Hərdən dostlar arasında da incə yumorla, necə deyərlər, “saqqızını oğurlayıb”, onu parlamentin hər iclasında çıxışa həvəsləndirmək istəyənlər tapılır. Yüksək yumor hissinə malik Hacı isə eyhamı göydə tutub qırımını pozmur. Deyir ki, “narahat olmayın, mən vaxtında, məqamında danışmağı sevirəm. Lazım olan yerdə sözümü deyirəm. Bir də iş görmək danışmaqdan yaxşıdır. Mənim yerimə də əməllərim danışır...”
Bütün toplantılarda, müzakirələrdə nitq irad etməyə xüsusi maraq göstərən və yeri gəldi-gəlmədi, mövzunu dərindən bildi-bilmədi hər bir mövzuda bəlağətlə danışıb başqalarının vaxtını almağı sevən bir çox natiqlərin bu nəticəsiz həvəsinə şahid olduqca görürsən ki, insafən, Hacı öz məntiqində tam haqlıdır. Hər bir çıxış müəyyən bir nəticəyə, faydaya yönəlməlidir. Ata-babalarımız “Danışmaq gümüşsə, susmaq qızıldır” kəlamı ilə az danışıb, çox iş görməyi təlqin edirlər. Əsl dəyərin - qızıl nəticənin insanın boş danışıqla söylədiyi quru kəlmələrdə deyil, susqunluğu ilə gördüyü real işlərdə olduğunu göstərirlər. 

Hacı Madər də danışığı ilə gümüş kimi sözlər xırdalamaqdansa, el-oba üçün qızıl kimi işlər görməyi üstün tutanlardandır...

O, parlament müzakirələrində gündəliyə çıxarılmış məsələlərə ən çox bələd olan, bu məsələlərlə bağlı faydalı təklif irəli sürə biləcək peşəkarların dinlənilməsini istəyir. Ola bilər ki, parlament zalında səsi az eşidilir. Davamlı çıxışlarla özü barədə fəal deputat imici formalaşdırmağa can atmır. Amma Binəqədi seçiciləri bu səsi Hacı Madərin şəxsi nüfuzu, əzmkar fəaliyyəti sayəsində müvəffəq olduğu mühüm sosial layihələrin icrası prosesində, yeni infrastruktur obyektlərinin açılış mərasimlərində, insanların xeyrində-şərində, çətin vəziyyətlə üzləşmiş ailələrə kömək anlarında çox tez-tez eşidirlər...

Bir dəfə müsahibəsində özünəməxsus səmimiyyətlə söyləmişdi: “Demirlər ki, Madərin dünən bir yaxşı məqaləsi vardı qəzetdə, deyirlər ki, Madər filankəsə ev tikdirdi, asfalt saldı, məktəbi təmir etdirdi, filankəsi barışdırdı, filankəs qızını vermirdi, məsləhət gördü, verdilər...”

***

O, çox dostcanlı insandır. Həmişə söz düşəndə deyir ki, var-dövlət insanın dostu deyil, amma əsl dost həm də var-dövlətdir. Hacı Madərin maddi imkanlar, dünyagörüş, savad səviyyəsi, aid olduğu sosial qrup etibarilə bir-biri ilə kəskin təzad təşkil edən çoxlu dostları var. Onun dostları sırasında təmtəraqlı həyatı sevən çox imkanlı kəslərdən tutmuş, kasıbyana dolanan sadə insanlara, bazar adamlarından ziyalılara, heç orta təhsili belə olmayanlardan ölkənin nüfuzlu elm xadimlərinə qədər hər cür adama rast gələ bilərsən. 

Bu əkslikləri uzlaşdıran, həmin adamların işıqlı cəhətlərini bir araya gətirib xoş bir insan mənzərəsi yaradansa Hacı Madərin özünün bütöv şəxsiyyətidir...

“Gərək dostdan çox şey gözləməyəsən. Sən gözləmə ki, dostum mənim yolumda ölümə getsin. Yaddan çıxarmaq olmaz ki, düşməni dosta çevirmək xoşbəxtlikdirsə, dostu düşmən etmək ən böyük ağılsızlıqdır” - bu, onun həyat devizidir...

Özününsə dostlar üçün bəzən gözlənilməz sürprizlər etməyi də var. Bir dəfə tətil vaxtı deputat həmkarlarım Eldar İbrahimov və Hadı Rəcəbli ilə Kislovodskdakı sanatoriyaların birində müalicə olunurduq. Sanatoriyanın pəhriz yeməklərindən yenicə usanmağa başladığımız günlərin birində şəhərdə əvvəldən bələd olduğumuz tanış restorana gedib toqqanın altını azca bərkitmək istədik. Naharımızı bitirib hesabı ödəmək üçün ofisantı çağıranda o, hesabın çatdığını dedi. Restoranda bizdən başqa da Azərbaycandan xeyli qonaq vardı. Ətrafa göz gəzdirdik ki, bəlkə hesabı ödəyən onlardan biri olar. Amma yan-yörədə güman gələsi heç bir tanış sima gözə dəymirdi. Tərs kimi, ofisant da bunu kimin etdiyini söyləmək istəmirdi. Dilə tutduq. Məlum oldu ki, biz nahar edən vaxt, Bakıdan bir dostu restoranın inzibatçısına təsadüfən zəng edib. Bizi tanıyan inzibatçı isə onunla əhval-pürsanlıq zamanı üç azərbaycanlı deputatın da restoranda olduğunu söyləyib. O isə bizim onun qonağı olduğumuzu deyərək, naharın pulunu almamağı tapşırıb. 

Bəs bu bakılı dost kim olsa yaxşıdır: bizim Hacı Madər...
Adını eşidəndə, üzümüzə təbəssüm qondu. 
Söhbət bir nahar ziyafətindən getmir. Əsl məqam başqadır. Dost əlinin açıqlığını, istiliyini Azərbaycan sərhədlərindən kənarda da hiss etdirən Hacının bu comərdliyi bizi çox mütəəssir etdi...

***

Hacı Mazər çox duzlu kişidir. Onun özünəməxsus kaloritlə şirin Bakı ləhcəsində elədiyi duzlu-məzəli söhbətlərə, zarafatlara özündən asılı olmadan qəşş edirsən. Sonra bu söhbətlər yaddaşa köçür, onu başqaları ilə paylaşırsan, onların da üzü gülür. 
Xeyriyyəçilik, imkanı yetən qədər başqalarına kömək göstərmək onun üçün həyati borcdur. Çox da təvazökardır. Özünü fundamental savadlı adam saymır, başqaları kimi özünü alim qiyafəsində təqdim etmir, əslində, belələrinə yaman atmacaları da olur... Amma elə söhbətləri var ki, dinləyəndə görürsən, bu, həyatın öyrətdiyi dərslərlə dünyanın bütün sirlərinə vaqif olmuş, akademik biliklərin fövqünə ucala bilmiş əsl müdrikin bəsirətidir. Deyir ki, “insanda ağıldan qiymətli heç nə yoxdur. Bəzən görürsən, pul ağıldan çox olanda, insanı o idarə edir. Arzu edirəm heç kimin pulu ağlından çox olmasın. Bu, çox dəhşətli şeydir. Hətta insanın sağlamlığından da vacibi ağıldır”.

Belə bir məntiqi insana dünyanın heç bir kitabı öyrədə bilməz. Bütün ömrü bu təlqinlə yaşamaqdan ötrü adamın özünün bəsirət gözü açıq olmalıdır. 
Hacı Madər də bəsirəti açıq kişilərdəndir...

***

Əslində, iki Milli Məclis var. Biri - hamının gördüyü, qızğın müzakirələrin getdiyi, televiziyaların reportajlar verdiyi, jurnalistlərin yazılar yazıb şəkillər çəkdiyi Milli Məclisdir, digəri də kameraların obyektivindən, jurnalistlərin nəzərindən uzaq Milli Məclis...
Açığını deyim ki, 2005-ci ildə deputat seçilənə qədər özümün də bu məkan haqqında təsəvvürlərim ancaq görünən Milli Məclisdən ibarət idi. Amma deputat mandatı ilə parlamentin Anadolu türkləri demiş, “arxa sokak”larına adlayandan sonra şahid oldum ki, Milli Məclisin görünməyən tərəfləri də göz qabağında olan parlamentimiz qədər maraqlı məkandır. Buranın da özünəməxsus obrazları, bir yazıçı üçün bolluca material verən tip və xarakterləri, ağsaqqalları, nüfuzlu insanları var. 

Elə Hacı Madəri də ən çox burada tanımağa başladım. Gördüm ki, o, Milli Məclisin sözü ən çox eşidilən nüfuzlu kişilərindəndir. Ağsaqqal nəsihəti də var, dünyagörmüş insan yanaşması, hələ desəm, şux baməzəliyi də... O gəldisə, demək, məclisə də, söhbətə də hakimliyi o edəcək...
Bir sözlə, Milli Məclisdə hamının ehtiramını qazanıb bizim Hacı...

Adamı tək sözündən tanımır, onu elə susqunluğu ilə də öyrənir. İnsan sərrafıdır bizim Hacı...
Dostluqda, insani münasibətlərdə yüksək sədaqət hissi, insanların tutduqları yola, qurduqları münasibətə, başqalarının inamına xəyanət etməməsi Hacı Madər üçün vazkeçilməz dəyərdir. Onun üçün bu münasibətlər bir illə, beş illə tamamlanmır, Milli Məclisin bir çağırışı ilə başa çatmır. Dəfələrlə fikir vermişəm ki, o, Milli Məclisdə qazandığı yeni dostlarla bərabər, müəyyən müddət parlamentdə təmsil olunan, amma indi deputat statusu daşımayan şəxslərlə də dostluq münasibətlərini indiyə qədər davam etdirir...

***

Hərdən bir neçə deputatın yaxın çayxanaların birində əyləşib armudu stəkandan pürrəng çay qurtumlaya-qurtumlaya dərdləşməsi görünməyən Milli Məclisin vacib atributlarındandır. Belə çay dəstgahlarında başqa həmsöhbətlər kimi Hacı Madərin də ölkədə və dünyada baş verən ən müxtəlif hadisələrə, yeniliklərə münasibətinə şahid oluram. 
Və görürəm ki, o, dostluğa sadiq olduğu qədər əqidəsində də bütöv bir kişidir...
Hacının siyasi məsləyində köhnə kişilərin əxlaqı, mərdliyi, yediyi çörəyə, başqasından gördüyü yaxşılığa dönük çıxmamaq var, axı... 

Buna Hacı Madərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik kursuna sədaqətində dəfələrlə şahid olmuşam. Onun ulu öndərə bağlılığı 70-ci illərdən başlanır. Hacı Madər deyir ki, Heydər Əliyev 70-ci illərdə Azərbaycana ruzi-bərəkət gətirdi və bu bərəkətdən mən də öz payımı götürdüm. Məni Hacı Madər edən o illərin bərəkətidir, Heydər Əliyev sayəsində əlimin çatdığı çörəkdir. 

90-cı illərin təlatümlü günlərində də o, Azərbaycanın abadlığını, firavanlığını, bərəkətini Heydər Əliyevin müdrikliyində görür və ulu öndərə dəstək verirdi. O, bu gün də Heydər Əliyev ideyalarına, bu ideyaların gücü ilə Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirən Prezident İlham Əliyevin yürütdüyü siyasətə sadiqdir. 

Çünki Hacı Madər ağıllı kişidir, həyatın, rifahın, dolanışığın yol-yolağasına bələddir. Bilir ki, ən düzgün siyasət cəmiyyətdə sabitliyi, davamlı inkişafı təmin edən, insanların əlini bir tikə ruziyə çatdıran, körpələrin qarnını doyuran, əyin-başını təzələyən, kişiləri ailə-uşaq yanında utandırmayan, halal zəhmətə qatlaşıb varlanmaq istəyənlərə bu imkanı yaradan siyasətdir. 
Və Vətən abadlığının qeydinə qalan hər kəsin bu siyasətə dəstək verməsi fərzdir...

***

Noyabrin 26-sı “Şöhrət” ordenli dostumuzun 70 yaşı tamamlanır. Özü kimi köhnə kişilər demiş, yeddinci onluğu xırdalayır... 

Bu əlamətdar gün münasibətilə qələmə aldığım dost təəssüratlarında özündən çox sitat gətirdim, fərqindəyəm. Amma yazını da yenə Hacı Madərin öz sözləri ilə bitirməli olacağam: “Gileylənməyə haqqım yoxdur. Geri qayıtmaq mümkün olsaydı, bu ömrü elə bu cür də yaşayardım: sadə və namuslu. Təkcə yaxşılıqlarımın sayını artırardım. 50 ilə də fəxr etmişəm, 60-la da, 65-lə də. Gərək dünyada elə ad qoyasan ki, nəvə-nəticələrin sənin adın gələndə sevinsin”.

Xeyir əməllərlə yaşanmış 70 illik ömürlə necə qürur duymayasan?!
Doğum günün mübarək, əziz dost...
Tanrı 100 yaşınla da qürur duymaq fürsəti yaratsın...



Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail növbəti millətçi qanun qəbul etdi
19.07.2018, 09:59

İsrail növbəti millətçi qanun qəbul etdi

“Bizmkilər: - “Şərq”in GƏNCLƏRİ: “Rəhbərlik sağ olsun, bütün nazımıza dözür” - FOTOLAR
19.07.2018, 09:56

“Bizmkilər: - “Şərq”in GƏNCLƏRİ: “Rəhbərlik sağ olsun, bütün nazımıza dözür” - FOTOLAR

Tramp 3-cü Dünya Müharibəsinin bu ölkəyə görə başlanacağını dedi
19.07.2018, 09:51

Tramp 3-cü Dünya Müharibəsinin bu ölkəyə görə başlanacağını dedi

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt
19.07.2018, 09:46

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Ermənistan atəşkəsi 90 dəfə pozub
19.07.2018, 09:43

Ermənistan atəşkəsi 90 dəfə pozub

II və III qrupların abituriyentlərinə XƏBƏRDARLIQ   
19.07.2018, 09:22

II və III qrupların abituriyentlərinə XƏBƏRDARLIQ  

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi
19.07.2018, 09:17

Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edildi

Bu gün AvroLiqada 43 oyun keçiriləcək - TƏQVİM   
19.07.2018, 08:58

Bu gün AvroLiqada 43 oyun keçiriləcək - TƏQVİM  

Çempionlar Liqasında 2-ci mərhələyə keçən bütün KLUBLAR   
19.07.2018, 08:53

Çempionlar Liqasında 2-ci mərhələyə keçən bütün KLUBLAR  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.07.2018, 08:35

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov
19.07.2018, 00:58

“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella
19.07.2018, 00:51

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella

Fədayə Laçının səhhəti pisləşdi
19.07.2018, 00:37

Fədayə Laçının səhhəti pisləşdi

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”
19.07.2018, 00:25

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi
18.07.2018, 23:48

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

ARXİV