Modern.az

Yeməyiniz bol, mədəniz gen olsun!

Yeməyiniz bol, mədəniz gen olsun!

23 Noyabr 2017, 11:11

Fazil Mustafa, Milli Məclisin deputatı

 

Məhərrəm ayı bitdi. Bu ay içində baş verən bir sıra cəhalət, xurafat, vəhşilik nümunələrindən xeyli yazdıq. Ancaq həmişə qeyd edirəm ki, Allah bu ayı xalqımıza bir nemət olaraq verib. Yəni siz, kədərlənməyə daha çox layiqsiniz. Çünki Məhərrəmlikdən sonra başlayan toy adətlərimizin vəhşilik əmsalına görə dünyada tayı bərabəri yoxdur.

 

4-5 saat içində 12-15 çeşid keyfiyyəti və müddəti şübhəli yeməyi, əsasən zirzəmilərdə kustar üsulla doldurulan spirtli və spirtsiz içkiləri kiçicik bir mədəyə sığışdırmaq, qəsdən yaradılmış səs terrorundan infarkta hazırlaşmaq, musiqi zövqünü alt-üst edən bağırtı ilə oxuyan manısların cibini pulla dolduran, toy sahibinə dəstək vermək yerinə, şadlıq evlərini zənginləşdirmək xalqımızın illərdir davam edən müqəddəs bir ritualıdır.

 

Və adam kimi toy edib şənlənməyə qarşı toplumsal bir allergiya mövcuddur. Bu cəmiyyət nədən zərərli olan hansısa vərdişlərdən uzaqlaşmağa qərar verə bilmir? Çəkmişəm, çəkəcəyəm, içmişəm, içəcəyəm, yemişəm, yeyəcəyəm! Ən acınacaqlısı da budur ki, adam "düşünmürəm, düşünməyəcəyəm!" deyir.

 

 

Yeməyiniz bol, mədəniz gen olsun! Hazırlaşaq toylara. Meşədə vəhşi kimi görünməsən, səni də yeyərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər