22 iyul 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Almaniyalı alimə ADU-nun dəvətli professoru adı verilib
Almaniyalı alimə ADU-nun dəvətli professoru adı verilib +
23.11.2017, 15:25

Noyabrın 23-də Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmana Azərbaycan Dillər Universitetinin (ADU) dəvətli professoru adı verilib.

Modern.az xəbər verir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla məşhur alman ədəbiyyatşünası, alimi, dünya mədəniyyətinin bilicisi Z.Hartmanı universitetdə görməkdən məmnunluq duyduğunu bildirib.

Professorla təxminən 10 il bundan öncə başlayan tanışlıqlarından danışan K.Abdulla onunla Azərbaycan və Almaniya ədəbiyyatı və mədəniyyəti üçün faydalı olacaq layihələr həyata keçirilməsi üçün bir araya gəldiklərini söyləyib. Bakı Slavyan Universiteti, Almaniyanın Yohannes Qutenberq Universiteti və Osvald fon Volkenştayn Cəmiyyətinin alman mədəniyyətinin nadir incilərindən biri, məşhur ədəbi nümunə olan “Nibelunqlar nəğməsi”nin Azərbaycan xalqının qəhrəmanlıq dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə öyrənilməsi üzrə birgə layihəsinin səmərəli nəticələrinin olduğunu qeyd edən rektor bu layihə çərçivəsində müxtəlif konfransların keçirildiyini, çoxlu sayda kitabların çap olunduğunu, germanist və türkoloqların dünyanın müxtəlif yerlərindəki alimlərlə görüşlərinin təşkil olunduğunu sözlərinə əlavə edib.

O, “Kitabi-Dədə Qorqud” dastanının ilk dəfə olaraq türkoloqların inhisarından çıxaraq başqa elm sahəsi ilə məşğul olan şəxslərin də maraq dairəsinə əlavə olunduğunu bildirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş türkoloq və germanistlərin görüşdüyünü, iki sənət incisinin müqayisəli təhlilinin çətin mərhələlərdən keçərək uğurla nəticələndiyini vurğulayan rektor bunun elmdə artıq yeni ahəngin yaranmasına töhfə verən məsələ olduğunu qeyd edib. Rektor Azərbaycana və ümumilikdə elmə olan məhəbbətindən dolayı professor Z.Hartmanın bu işlərin görülməsində böyük xidmətlərinin olduğunu deyib. Gələcəkdə iki ölkənin mühüm ədəbi nümunələri üzərində işlənilməsi istiqamətində layihələrin davamlı olmasını arzu etdiyini deyən rektor ADU-nun Multikulturalizm, Müqayisəli folklor, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyalarında bu məsələlərin tədqiqat obyektinə çevriləcəyini vurğulayıb. Professorun universitetdə artıqmühazirələr söylədiyini, bu çıxışlara yalnız tələbələr deyil, həmçinin professor-müəllim heyətinin də cəlb olunacağına inandığını deyən rektor bu görüşlərin Z.Hartman üçün də maraqlı olacağına, əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə, universitet heyətinin Avropanın müxtəlif universitetlərində təcrübə mübadiləsinə, onların müxtəlif alimlərlə təmasına yardımçı olacağına ümid etdiyini bildirib. K.Abdulla ADU-da yeni yaranacaq Germanistika İnstitutunun almaniyalı və azərbaycanlı həmkarların yeni elmi platforması olacağına ümid etdiyini bildirib və bu istiqamətdə yeni kitabların çap olunması, görüş və konfransların keçirilməsi, yeni tanışlıqların yaranmasının gözlənildiyini diqqətə çatdırıb. K.Abdulla professor Z.Hartmanın Azərbaycan Dillər Universitetinin dəvətli professoru adına layiq görülməsinin sevindirici hal olduğunu bildirib və onu təbrik edib.

Daha sonra rektor Z.Hartmana ADU-nun dəvətli professoru vəsiqəsini təqdim edib.

Professor Z.Hartman ADU-nun dəvətli professoru olmasından şərəf duyduğunu bildirib. O, universitet heyəti ilə dünyanın müxtəlif mədəniyyət nümunələrini birgə tədqiq edəcəklərini və germanistikanın alman variantının Azərbaycanda tətbiq olunacağını, bunun üçün universitetdə münbit şəraitin mövcud olduğunu qeyd edib. ADU-da birgə əməkdaşlıq nəticəsində mühüm yeniliklərin olacağına inandığını bildirən professor burada Orta əsrlər ədəbiyyatının tədris olunması missiyasını məmnuniyyətlə öz üzərinə götürdüyünü diqqətə çatdırıb.

Sonra görüşdə Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Sərxan Abdullayev, həmin kafedranın dosenti Ulduz Aslanova, Alman dili kafedrasının dosenti Yusif Savalan fikirlərini bölüşüb, professoru təbrik ediblər.

Qeyd edək ki, təqdimatdan öncə professor Z.Hartman professor-müəllim heyəti və alman dili ixtisası üzrə təhsil alan tələbələrə “Nibelunqlar haqqında nəğmə” mövzusunda mühazirə deyib.

O, mühazirəsində “Nibelunqlar nəğməsi”nin məzmunu haqqında ətraflı məlumat verib. Dastandakı 1-ci nəğmədən 39-cu nəğməyə qədər bütöv məzmun barədə ətraflı bəhs edən Z.Hartman dünya ədəbiyyatının ən böyük qəhrəmanlıq dastanlarından biri olan “Nibelunqlar nəğməsi”nin yaranma tarixi və qoruyub saxlanması haqqında danışıb. O, dastandakı obrazlardan danışaraq, həmçinin Azərbaycanın milli qüruru olan “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli təhlillər təqdim edib.

Sonra qonaq professor-müəllim heyətini və tələbələri maraqlandıran sualları cavablandırıb.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 10:29

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dənizdə batan 4 nəfər xilas edilib
22.07.2018, 10:21

Dənizdə batan 4 nəfər xilas edilib

"Instagram"da yenilik
22.07.2018, 10:16

"Instagram"da yenilik

FHN iki nəfəri xilas etdi
22.07.2018, 10:03

FHN iki nəfəri xilas etdi

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb
22.07.2018, 09:50

Yaponiyada orta ömür həddi rekord səviyyəyə çatıb

22.07.2018, 09:45

"Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır" - Fatih Birol

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi
22.07.2018, 09:30

Cəbhədə gərgin gecə: Düşmən iriçaplı pulemyotlardan istifadə etdi

“Qarabağ”a yeni hücumçu transfer edildi
22.07.2018, 09:15

“Qarabağ”a yeni hücumçu transfer edildi

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN
22.07.2018, 09:00

Çimərliklərə üz tutanlar - EHTİYATLI OLUN

Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

143 yaşlı Azərbaycan mətbuatı
22.07.2018, 00:01

143 yaşlı Azərbaycan mətbuatı

Bakıda dənizdə batan 4 nəfər xilas edildi
21.07.2018, 23:48

Bakıda dənizdə batan 4 nəfər xilas edildi

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib
21.07.2018, 23:32

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

İstidən 13 nəfər öldü
21.07.2018, 22:59

İstidən 13 nəfər öldü

Xaçmazda meşə yanğını söndürüldü
21.07.2018, 22:19

Xaçmazda meşə yanğını söndürüldü

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı
21.07.2018, 22:00

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO
21.07.2018, 21:42

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO

Lənkəranda avtomobil körpüdən aşıb
21.07.2018, 21:19

Lənkəranda avtomobil körpüdən aşıb

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir
21.07.2018, 21:08

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir

Türkiyədə 8 terrorçu məhv edilib
21.07.2018, 20:54

Türkiyədə 8 terrorçu məhv edilib

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB
21.07.2018, 20:35

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB

İran daha bir şəhər ayağa qalxdı - Video
21.07.2018, 20:17

İran daha bir şəhər ayağa qalxdı - Video

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi
21.07.2018, 20:04

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı
21.07.2018, 17:26

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı

Bakıda daha bir piyada ÖLÜMÜ
21.07.2018, 17:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi
21.07.2018, 16:45

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi
21.07.2018, 16:12

İlham Əliyev misirli həmkarını təbrik etdi

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi
21.07.2018, 16:00

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi
21.07.2018, 15:33

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

Azərbaycanın şəhid əsgəri dəfn olundu
21.07.2018, 15:18

Azərbaycanın şəhid əsgəri dəfn olundu

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
21.07.2018, 15:14

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi
21.07.2018, 15:11

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi

ARXİV