Modern.az

“BDU özəl mükafatlandırma - 2017” adlı tədbir keçirilib

“BDU özəl mükafatlandırma - 2017” adlı tədbir keçirilib

23 Noyabr 2017, 15:32

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “BDU özəl mükafatlandırma - 2017” adlı layihə əsasında tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tələbələrin kateqoriyalar üzrə Azərbaycanda sevdiyi və seçdiyi ən tanınmış şəxslərin mükafatlandırılması məqsədilə keçirilən tədbiri giriş sözü rekor, akademik Abel Məhərrəmov açıb. Rektor Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə uğurlu siyasətindən, bu səpgili layihələrin əhəmiyyətindən bəhs edib.

 

Sonra layihənin ideya müəllifləri, Sosial elmlər və psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Aytac Məhərrəmli və Geologiya fakültəsinin 1-ci kurs magistrı Asif Səlimov layihənin məqsədi, qaliblərin seçilmə mərhələləri barədə məlumat verib.

 

Çıxış edən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Daşqın Qənbərov universitetdə tələbələrə yaradılan yüksək şəraitdən, tələbələrin yerli və beynəlxalq nailiyyətlərindən, onların ölkədə bir çox yeniliklərə imza atmalarından və bu tədbirin də növbəti yeni bir proyekt olmasından danışıb.

 

Daha sonra ölkəmizdə müxtəlif sahələr üzrə nüfuz sahibi olan, BDU tələbələrinin səs vermələrinə əsasən 24 nominasiya üzrə öz sahəsində “Ən yaxşı” fəxri adı qazanmış 31 nəfərə xatirə hədiyyələri və gül dəstəsi təqdim olunub.

 

Tədbir konsert proqramı ilə davam etdirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi