Modern.az

Deputat Qarabağ veteranlarının işlə təmin olunmasını istədi  

Deputat Qarabağ veteranlarının işlə təmin olunmasını istədi   

23 Noyabr 2017, 15:53

Milli Məclisin bugünkü iclasında Qarabağ veteranlarının işlə təmin olunması üçün müvafiq nazirlikdə xüsusi qrupun yaradılması təklif olunub.

 

Modern.az xəbər verir ki, deputat Qənirə Paşayeva bildirib ki, Qarabağ veteranları təqaüdə çıxanda veteran kimi aldıqları müavinət kəsilir: “Bu, düzgün deyil, müavinət kəsilməməlidir. Çünki o təqaüdə çıxanda da elə Qarabağ veteranıdır. Bu müavinət onlara döyüş yoluna görə verilir”.

 

Deputat şəhid ailələrinin, əlillərin sığorta haqqı ilə bağlı da təklif səsləndirib: “Hazırda 1200 insanın əlində məhkəmə qətnaməsi var. Məhkəmə qərar çıxarıb ki, bu insanlara vəsait ödənilməlidir. Hara gediriksə, bu prosesə nə vaxt başlayacağı barədə bizə sual verirlər. Ən azı həmin ailələrdən başlayıb, əllərində məhkəmə qərarı olanların məsələsini həll etmək lazımdır”.

 

Q. Paşayeva bildirib ki, şəhid ailələri və Qarabağ əlillərinə evlərin tikilməsi istiqamətində araşdırma aparılmalı, təminat zamanı ehtiyacı olanlar önə çıxarılmalıdır.

 

Deputat əlillərin hamısının işlə təmin olunması ilə bağlı qanunvericiliyin icrasına nəzarət məsələsinin diqqətdə saxlanılmasının vacib olduğunu da bildirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı