Modern.az

Səbailin İcra Hakimiyyəti Aslan İsmayılovu təkzib etdi  

Səbailin İcra Hakimiyyəti Aslan İsmayılovu təkzib etdi  

23 Noyabr 2017, 16:42


Tanınmış hüquqşünas Aslan İsmayılov bu ilin iyul ayında sosial şəbəkədəki səhifəsində Bakı şəhərinin mərkəzində park salması ilə bağlı videomüraciətlə çıxış etmişdi. O burada ağaclar əkdiyini və böyük park saldığını bildirmişdi.


Səbail Rayon İcra Hakimiyyəti isə açıqlama verərək bəyan edib ki, Aslan İsmayılovun dedyi Bayıl yamacındakı ərazudə ölkə başçısının tapşırıqlarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıqlar zonası və meşə zolağı -
“Ekoloji park” yaradılıb.

Səbail Rayon İcra Hakimiyyəti bu gün Asln İsmayılovla bağlı yeni açıqlama yayıb.


Modern.az-ın məlumatına görə, açıqlamada deyilir:


“Bir neçə gün əvvəl Aslan İsmayılov yenə də sosial şəbəkədə məlumat yayaraq, Bayıl yamacındakı ərazıdə əkilən ağaclara qulluq göstərməsini  göstərib, burada əkilən və yay aylarında gündəlik sulanıb qulluq göstərilən ağacları öz əməyinin nəticəsi kimi qələmə verib.


Çox təəccübludür ki, hüquqşünas kimi Aslan İsmaylov gözəl bilir ki, Bakı şəhərinin mərkəzində park və ya bağ salınması qanunlarla tənzimlənir, bunun üçün müvafiq icra qurumlarının qərarı olmalıdır. Sürüşmə zonasına aid bu ərazidə  əkilən ağac və yaşıllıqlara gündəlik qulluq olunması, suvarılması, saxlanılması üçün işçi qüvvəsi,  texnika və vəsait tələb olunur və ərazidə ağaclara qulluq, yaşıllaşdırma işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən həyata keçirilir. Burada ağaclara su Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma İdarəsinin su mənbəyndən verilir və bunun üçün vəsait dövlət tərədindən ödənilir.

Məlumdur ki, tək bir təxəyyül və pafoslu danışiqla bura nə su gətirmək olar, nə də ağac əmək. Ölkəmiz hüquqi dövlətdir. Heç kim özbaşına, istədiyi yerdə cənab Aslan İsmayılov kimi nə budka qoya bilər, nə də ərazi zəbt edə bilər.  Belə özbaşnalığa yol verilə bilməz.


Bizim fikrimizcə, zəngin fantaziyalı Aslan İsmaylov bu məlumatı paylaşmalarla gələcəkdə park salma adı altında ərazini zəbt etmək, burada hansı bir obyekt ya da resyoran açmaq planlarını həyata keçirməyi düşünür. Bu zaman da öz təxəyyülünü işə salır. Bu da çox böyük təəccüb doğurur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır