22 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Nazirlik rayonlarda ağac kəsənlərə qarşı “MÜHARİBƏ” başlatdı
Nazirlik rayonlarda ağac kəsənlərə qarşı “MÜHARİBƏ” başlatdı
23.11.2017, 16:51

Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və Nazirliyə çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb.

Modern.az-a verilən məlumata görə, Komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.


Aparılan yoxlamalar zamanı hər iki müəssisədə meşələrin qorunub mühafizə edilməsi  işinin qeyri-qənaətbəxş təşkil olunduğu və  qanunsuz qırıntılara yol verildiyi müəyyən olunub. Belə ki, son 4 ay ərzində Oğuz MMBM-in ərazisində 4807,93 m3 həcmində, 60134 manat dəyərində, 4180 ədəd və İsmayıllı MMBM-in ərazisində 2061,55 m3 həcmində, 14578 manat dəyərində, 4830 ədəd ağacın qanunsuz olaraq kəsildiyi aşkar edilib. Hazırda məsələyə hüquqi qiymət verilməsi və təqsirkar cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına hazırlanır.


Meşə ərazilərində aşkar olunmuş qanunsuz kəsilmiş ağacların istifadə mənbəyini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları tərəfindən 02-20 noyabr 2017-ci il tarixlərində magistral avtomobil yollarında reydlər keçirilib. Reydlər zamanı Oğuz, İsmayıllı, Göyçay, Şəki rayonları ərazisində xüsusilə də gecə saatlarında yük yerlərində meşə materialları olan “Ural”, “QAZ-66” “Kamaz”, “QAZ-53”,  “ZİL”, “UAZ”, “Qazel”, “QAZ-24” markalı ümumilikdə 15 avtomobil müşahidə edilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən maşınlar izlənilib. Görülən tədbirlər nəticəsində maşınlarda olan meşə materiallarının  Göyçay, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən yeşik hazırlanan sexlərə daşındığı müəyyən edilib. Həmin avtomobillərdə qanunsuz yolla əldə olunmuş, ümumilikdə 97,5 m3  həcmində fıstıq, vələs, palıd cinsli yerli meşə materialları aşkar olunaraq sənədləşdirilib.


Bununla bağlı meşə materiallarının daşındığı Göyçay, Şəmkir və Tovuz rayonlarındakı yeşik hazırlanan sexlərə baxış keçirilib və 15 sexin fəaliyyət göstərdiyi müəyyən olunub: Belə ki,

-     Göyçay rayonu Qarabaqqal kəndində Nadir Yəhyayevə məxsus 400 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,2 m3 həcmində, 238,51 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay rayonu Çayarxı kəndində Məzahir İsrafilova məxsus 300 m2 ərazidə 4 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 5 m3 həcmində, 993,8 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay rayonu Cəyirli kəndində Şirvan İsmayılova məxsus 130 m2 ərazidəki yeşik sexində qanunsuz yolla əldə olunmuş fıstıqdan hazırlanmış 6,5 m3 həcmində, 1291,94 manat dəyərində yeşik taxtası;

-     Göyçay rayonu Cəyirli kəndində Əvəz Rəsulova məxsus 120 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 m3 həcmində, 357,77 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay rayonu Cəyirli kəndində Asim Seyidova məxsus 300 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4,8 m3 həcmində, 954,05 manat dəyərində fıstıq cinsli girdə işlik material;

-     Göyçay rayonu Cəyirli kəndində Elçin Məmmədova  məxsus 250 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 3,7 m3 həcmində, 735,41 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Ədalət Qasımova məxsus 300 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində 4,1 m3 həcmində, 814,91 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Samir Mustafayevə məxsus 500 m2 ərazidə 5 ədəd mişar quraşdırılmış yeşik sexində 3,5 m3 həcmində, 321,77 manat dəyərində fıstıq  və vələs cinsli girdə işlik materialı;

-     Göyçay şəhəri Heydər Əliyev prospektində Yaqub Məmmədova məxsus 120 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,06 m3 həcmində, 308,46 manat dəyərində fıstıq  və vələs cinsli girdə işlik materialı;

-     Göyçay şəhəri Heydər Əliyev prospektində İsmayıl Yaqubova məxsus 200 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,2 m3 həcmində, 834,80 manat dəyərində, fıstıq  cinsli girdə işlik materialı;

-     Şəmkir rayonu Düyərli kəndində Yaşar Qənbərova məxsus 70 m2 ərazidə yeşik sexində 2 ədəd mişar quraşdırılmış qanunsuz yolla əldə olunmuş 4 m3 həcmində, 795,04 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Şəmkir rayonu Düyərli kəndində Azər Verdiyev məxsus 50 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4 m3 həcmində, 795,04 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Şəmkir rayonu Dələr qəsəbəsində Rasim Sadıqova məxsus 40 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,5 m3 həcmində, 298,16 manat dəyərində fıstıq cinsli girdə işlik material;

-     Tovuz rayonu Qovlar qəsəbəsində Coşqun Binnətova məxsus 20 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 m3 həcmində, 357,76 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

-     Tovuz rayonu Tovuz çayı sahilində Sarxan Mirzəyevə məxsus 40 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 2,3 m3 həcmində, 457,16 manat dəyərində fıstıq cinsli girdə işlik material aşkar edilib.

       
Aşkar olunmuş faktlar üzrə təqsirkarlar barəsində aktlar tərtib edilib, qanunvericiliyə uyğun qaydada ziyanlar tətbiq olunub və toplanmış sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

       
Eyni zamanda araşdırmalar zamanı Oğuz və İsmayıllı meşə ərazilərindən qanunsuz yolla əldə olunmuş ağaclardan  kömürün hazırlandığı da  aşkar edilib. Belə ki,  Oğuz rayonu meşə ətrafı Muxas, Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalıncaq, Çəmənli, Mollalı və Calut kəndlərinin 52 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı, qanunsuz yolla əldə edilmiş 217,89 mhəcmində meşə materiallarından istifadə edildiyi və meşə fonduna 4514,6 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktlarla bağlı tərtib olunmuş sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon  polis şöbəsinə göndərilib.

       
Həmçinin Oğuz rayonu Muxas bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində kömür hazırlamaq məqsədilə 84 ədəd quyunun qazıldığı (23 quyuda yandırmaq məqsədilə meşə materialı yığıldığı, 61 quyunun isə hazırlanmış kömürün çıxarıldığından boş olduğu) və təbiətə 2310 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Bununla bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Oğuz rayon Prokurorluğuna təqdim edilib.

       
Nazirliyin əməkdaşları tərəfindən görülən operativ tədbirlər nəticəsində qanunsuz yaradılmış kömür quyuları ləğv edilib, ərazi əvvəlki vəziyyətinə gətirilib və gələcəkdə belə hallara yol verilməməsi üçün Muxas bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.


Reydlər zamanı Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Ahmed Kahveçiyə məxsus “Kissan Parke LTD” müəssisəsinin ərazisinə baxış keçirilərkən palıddan hazırlanmış 40621 m2 reyka və 10000 m2 parket, fıstıqdan hazırlanmış 2500 m2 reyka, 1100 m2 parket və 87 m3 palıd taxtası aşkar edilib. Sexin sahibinin təqdim etdiyi sənədlərdə materialların Rusiya Federasiyasının Krasnodar vilayətindən alındığı göstərilir. Lakin faktı araşdırmağa əlavə ehtiyac olduğundan həmin materialların mənşəyinin müəyyən edilməsi üçün hazırda araşdırmalar davam etdirilir. Həmçinin müəssisənin ərazisində 120 m3 qoz taxtası aşkar edilib. Müəssisədən verilən sənəddə-Oğuz rayonu Xalxal Bələdiyyəsinin sədri Nəriman Ramazanovun və Oğuz rayonu Calud İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Teymur Abbasovun arayışlarına əsasən taxtaların hazırlanmasında istifadə edilən qoz ağaclarının Ərmənəd kənd sakinləri Tükəzban Ramazanovanın, Eyvaz Hüseynovun, Eyvaz Dadaşovun, Calud kənd sakinləri İbrahim İbrahimovun, Eldar Müzəffərovun, Kamil Baxşəliyevin və İsabala Xudumovun həyətyanı torpaq sahələrindən kəsildiyi göstərilir. Lakin ağac materiallarının meşə və ya bələdiyyə ərazilərindəki yaşıllıqlardan qanunsuz əldə edilməsinə şübhələr olduğu üçün müvafiq akt tərtib edilib və hazırda kəsilmiş ağacların kötüklərinin həmin həyatyanı torpaq sahələrində olub-olmaması ilə bağlı araşdırma aparılır.


Qeyd edək ki, qanunsuz yolla əldə edilən meşə materiallarından istifadə edilməsinin qarşısının alınması istiqamətində ETSN tərəfindən mütəmadi reydlər keçirilsə də, sahibkarlıq subyektləri olduğundan ağac emalı sexlərində  mütəmadi olaraq monitorinq və araşdırmaların aparılmasına və təqsirkarlar barəsində müvafiq tədbirlərin görülməsinə mövcud qanunvericiliyin tələbləri imkan vermir. Bu məqsədlə sözügedən sexlərdə araşdırmaların aparılması üçün  qanunvericiliyə uyğun qaydada səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə müraciət edilib. Eyni zamanda bütün araşdırma materialları ardıcıl olaraq hüquq-mühafizə orqanlarına göndərilir.


Aparılan reydlər zamanı Nazirliyin əməkdaşları qanunsuz yolla əldə edilmiş meşə materiallarını daşıyan işbazların və bəzi kənd sakinlərinin çox ciddi müqavimətləri ilə üzləşir. Belələri bir tərəfdən böhtan dolu şikayət edir,  şantaj məqsədilə müxtəlif natəmiz şayiələr  yayır, digər tərəfdən ağacların qanunsuz kəsilməsində iştirak edir, qanunsuz yolla əldə olunmuş meşə materiallarından istifadə etməklə kömür hazırlanması fəaliyyəti ilə məşğul olurlar. Ən çox müqavimət də meşə ətrafı kəndlərdə kömür yandırılması ilə məşğul olan şəxslər tərəfindən göstərilir. Onlar hər vəchlə Nazirliyin qanuni şəkildə gördüyü işlərin qarşısını almağa cəhd edirlər.


Hazırda reydlər davam etdirilir.

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam  etdirir
22.10.2018, 16:59

Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam  etdirir

Deputat səlahiyyətlərinin itirilməsi qaydası dəyişdirilir
22.10.2018, 16:56

Deputat səlahiyyətlərinin itirilməsi qaydası dəyişdirilir

Kaşıkçının qətli  ilə bağlı Səudiyyə Ərəbistanın işlətdiyi hiylə ÜZƏ ÇIXDI
22.10.2018, 16:51

Kaşıkçının qətli  ilə bağlı Səudiyyə Ərəbistanın işlətdiyi hiylə ÜZƏ ÇIXDI

Müəllimin başına silah dayayan şagird həbs olundu
22.10.2018, 16:50

Müəllimin başına silah dayayan şagird həbs olundu

Nazirlik: “Kim qazancdan imtina edib, pambığı sahədə çürüdər?”
22.10.2018, 16:44

Nazirlik: “Kim qazancdan imtina edib, pambığı sahədə çürüdər?

Səbuhi Məmmədli 3-cü gün əməliyyat olunacaq   
22.10.2018, 16:34

Səbuhi Məmmədli 3-cü gün əməliyyat olunacaq  

Bakıda 19 nəfəri aldadan bağça müdirinin məhkəməsi başladı 
22.10.2018, 16:20

Bakıda 19 nəfəri aldadan bağça müdirinin məhkəməsi başladı 

Bu müəllimlərin maaşı artırılacaq - Rəsmi
22.10.2018, 16:12

Bu müəllimlərin maaşı artırılacaq - Rəsmi

Bakıda məhbuslara kitab bağışladılar - FOTOLAR
22.10.2018, 16:07

Bakıda məhbuslara kitab bağışladılar - FOTOLAR

Kərəm Həsənov qanunsuz tikililərlə bağlı TAPŞIRIQ verdi
22.10.2018, 16:02

Kərəm Həsənov qanunsuz tikililərlə bağlı TAPŞIRIQ verdi

Onlara yeni mənzillər veriləcək 
22.10.2018, 15:58

Onlara yeni mənzillər veriləcək 

Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır - EKSKLÜZİV    
22.10.2018, 15:56

Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır - EKSKLÜZİV  

Deputatları cəzalandırma qaydasında YENİLİK - Sözünü kəsmək, iclasdan çıxarmaq, töhmət...
22.10.2018, 15:52

Deputatları cəzalandırma qaydasında YENİLİK - Sözünü kəsmək, iclasdan çıxarmaq, töhmət...

Axşamın HAVASI: Külək əsəcək
22.10.2018, 15:47

Axşamın HAVASI: Külək əsəcək

Elmar Vəliyevin oğlu vəzifəsindən istefa verdi
22.10.2018, 15:43

Elmar Vəliyevin oğlu vəzifəsindən istefa verdi

Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”
22.10.2018, 15:36

Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”

Piyadanın ölümündə təqsirləndirilən yol polisi əməkdaşı azadlığa çıxdı
22.10.2018, 15:30

Piyadanın ölümündə təqsirləndirilən yol polisi əməkdaşı azadlığa çıxdı

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi
22.10.2018, 15:17

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ   
22.10.2018, 15:10

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ  

Bakıda körpənin ürəyini dayandırıb əməliyyat etdilər
22.10.2018, 15:03

Bakıda körpənin ürəyini dayandırıb əməliyyat etdilər

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR   
22.10.2018, 14:55

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR  

Ermənistan parlamenti seçki məcəlləsinə dəyişikliyi qəbul etmədi
22.10.2018, 14:45

Ermənistan parlamenti seçki məcəlləsinə dəyişikliyi qəbul etmədi

Yol polisi sərxoş sürücüləri cərimələdi - REYD
22.10.2018, 14:44

Yol polisi sərxoş sürücüləri cərimələdi - REYD

Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı
22.10.2018, 14:43

Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı

Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI   
22.10.2018, 14:30

Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI  

Deputat seçiciləri ilə görüşdü
22.10.2018, 14:23

Deputat seçiciləri ilə görüşdü

Azərbaycanda qadın hakim istefa verdi
22.10.2018, 14:22

Azərbaycanda qadın hakim istefa verdi

Noyabrda ardıcıl 3 gün iş olmayacaq
22.10.2018, 14:13

Noyabrda ardıcıl 3 gün iş olmayacaq

Trampın köməkçisini Moskvada gərgin danışıqlar gözləyir
22.10.2018, 14:12

Trampın köməkçisini Moskvada gərgin danışıqlar gözləyir

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi   
22.10.2018, 14:06

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi  

Ombudsmanın nümayəndələri hərbi hissələri yoxladılar- FOTO
22.10.2018, 13:41

Ombudsmanın nümayəndələri hərbi hissələri yoxladılar- FOTO

Bakıda 16 dilənçi saxlanılıb
22.10.2018, 13:36

Bakıda 16 dilənçi saxlanılıb

İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışını etdi - FOTO
22.10.2018, 13:32

İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışını etdi - FOTO

“Bakıdan Naxçıvana qatar reysinin açılması siyasi məsələlərdən asılıdır” - Cavid Qurbanov
22.10.2018, 13:26

“Bakıdan Naxçıvana qatar reysinin açılması siyasi məsələlərdən asılıdır” - Cavid Qurbanov

Heydər Əliyev Fondunun tikdirdiyi körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO
22.10.2018, 13:18

Heydər Əliyev Fondunun tikdirdiyi körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

İmişlidə Bayraq Muzeyi istifadəyə verildi
22.10.2018, 13:15

İmişlidə Bayraq Muzeyi istifadəyə verildi

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı oldu
22.10.2018, 13:06

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı oldu

Sabah yağış yağacaq – HAVA PROQNOZU
22.10.2018, 12:59

Sabah yağış yağacaq – HAVA PROQNOZU

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat   
22.10.2018, 12:58

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat  

Piyadanı vuran avtobus sürücüsü saxlanıldı
22.10.2018, 12:49

Piyadanı vuran avtobus sürücüsü saxlanıldı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
22.10.2018, 12:43

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verildi
22.10.2018, 12:37

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verildi

Prezident Araz çayının yeni qol-kanalının açılışını edib
22.10.2018, 12:27

Prezident Araz çayının yeni qol-kanalının açılışını edib

Türkiyədə fərarilik edən əsgər insanları girov götürdü
22.10.2018, 12:16

Türkiyədə fərarilik edən əsgər insanları girov götürdü

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert
22.10.2018, 12:14

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert

Bu günə gözlənilən hava proqnozu
22.10.2018, 12:13

Bu günə gözlənilən hava proqnozu

Prezident İlham Əliyev İmişliyə gedib
22.10.2018, 12:08

Prezident İlham Əliyev İmişliyə gedib

İlham Əliyevin tapşırığının icrasına başlanıldı - “Fatimeyi Zəhra” məscidini hasara aldılar - FOTOLAR
22.10.2018, 12:03

İlham Əliyevin tapşırığının icrasına başlanıldı - “Fatimeyi Zəhra” məscidini hasara aldılar - FOTOLAR

“Türk Dünyası Araşdırmaları” müsabiqəsi elan edildi   
22.10.2018, 11:52

“Türk Dünyası Araşdırmaları” müsabiqəsi elan edildi  

DİN əmisi gəlinini qaçırdığına görə öldürülən şəxs barədə məlumat yaydı
22.10.2018, 11:52

DİN əmisi gəlinini qaçırdığına görə öldürülən şəxs barədə məlumat yaydı

ARXİV