21 yanvar 2018, Bazar
Ana Səhifə - MEDİA - “Sürpriz”in bu idimi, Natiq?...
“Sürpriz”in bu idimi, Natiq?...
23.11.2017, 17:41

Gecə saat 1- dən sosial şəbəkələr partlayır. Hamı sənin şəklini paylaşır, hamı ŞOKdadı mənim kimi. Heç kim inanmır. Necə ki gecə mən xəbəri oxuyanda inanmayan kimi.

İlk intuisiyam o idi ki ya Mahir Məmmədli, ya da Nəsimi Nəbizadə səninlə zarafat edir. Onlar yayıb bu xəbəri deyə, belə zənn edirdim. Amma...

Bu gün yaşadığın evin həyətinə gedəndə yanıldığımı gördüm. Mahir də orda idi, Nəsimi də. ANS bağlanandan sonra mən hələ ANS-çilərin hamısını bir yerdə görməmişdim. Hamısı orda idi, bir nəfər kimi. Amma... Sən yox idin aralarında.

Həyətiniz dolu idi insanla. O boyda 9 mərtəbəli yaşayış binasının həyətində yer yox idi dayanmağa. Hamı Natiqsevər idi. Hamı gəlmişdi səninlə görüşməyə, vida görüşünə. APA Holdinq də daxil, bütün aparıcı medianın nümayəndələri sizin həyətə axışırdı. 

Amma, bircə sən yox idin. Gözləmirdim səndən ki, görüşünə gələnləri bu qədər gözlədəsən həyətdə. Həmişə bir zəngə dərhal gəlirdin, görüşürdük.

Sonuncu danışığın telefonumda qalıb, dünənki danışığımız. Dayanmadan qulaq asıram. 
Bu gün görüşməli idik guya. Dünən dedin, “qvardiyanı” yığ, görüşək, beynimizi açaq. Dediyini də elədim. Yığdım həmin “qvardiya”nı, amma həmişəki kimi restorana yox, sizin həyətə toplaşdıq. Bu dəfə onlar da hamı kimi qan ağladı. Hamının içində bir fəryad var idi...

O gün danışanda dedin, tələsməyin, sürpriz edəcəm sizə. Bu idimi sürprizin????
Bunu etməməli idin bizə. Bu sürpriz yox, dağ idi bizə Natiq. Bunun nəyinə sürpriz dedin Natiq?
Bilirəm, qəfil ölümü xoşlayırdın. Qəfil ölənlərə xöşbəxt, bəxtəvər deyirdin. Buna görə deyirdin? Bilirdin ki, “bəxtəvər” öləcəksən? 

Mənə həmişə deyirdin infarktdan qorxma, amma özünü qoru. Mən qorxmadım infarktdan. 10 ildir ki infarktla dostam, sənin dediyin kimi. İnfarktın “nazı” ilə oynayıram. Amma, sən.... Sən infarkta can verdin, niyə???? Sən bu qədərmi dözümsüz idin? Bu qədərmi iradəsiz idin? Yox, mənim tanıdığım Natiq belə deyildi.

Bizə sənin nəzərində tutduğun “sürpriz”i də bu gün eşitdim. Eşitdim ki, ikinci dəfə ata olacaqsanmış. Amma gözləmədin o günü...

Bayaq hamı sizin həyətdə topa-topa söhbət edirdi. Qəfil “Natiqi gətirilər!” deyiləndə hamı bir yerə toplaşdı. Sanki canlı gəlirdin. Hamı yaşadığın blokun qarşısına qaçdı. Amma... Sən canlı yox, tabutda gəldin...

Tabutun da özün kimi səliqəli idi. Sankı, üzərinə sərilən qırmızı parça da tabutun əyninə biçilmişdi, nə böyük idi, nə kiçik. 

Həmişə hansısa bir paltar alanda sənə göstərib deyirdim ki, Natiq necə yaraşır? Bir sözün var idi, əladı, qutu kimi. Hə, bax sən də bu gün tabutda, qutuda qutu kimi çıxdın qarşımıza.... Və elə həmin qutuda da getdin...

Yerin behişt olsun! Yaxşı insanlar həmişə cənnətə düşür. Əminəm ki, cənnətdəsən mənim cənnət üzlü qardaşım. Simandakı gülüş, tələsik səsin, aforizmli sitatların heç vaxt yadımızdan çıxmayacaq! 

“Şah qanun deyil, qanun şahdır! dedin, Şah kimi yaşadın, Şah kimi öldün. 

Allah rəhmət eləsin!


Samir ƏLİ


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video
21.01.2018, 00:56

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Məmmədyarov
21.01.2018, 00:39

Məmmədyarov "Tata Steel Chess"də 3-cü qələbəsini qazandı

Çexiyada otel yanğınında 2 nəfər öldü
21.01.2018, 00:17

Çexiyada otel yanğınında 2 nəfər öldü

Otelə hücumda ölənlərin sayı artıb
20.01.2018, 23:53

Otelə hücumda ölənlərin sayı artıb

Hindistanda fabrik yandı: 17 ölü
20.01.2018, 23:35

Hindistanda fabrik yandı: 17 ölü

“Qalatasaray”a yeni president seçildi
20.01.2018, 23:23

“Qalatasaray”a yeni president seçildi

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi
20.01.2018, 23:09

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı
20.01.2018, 22:54

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”   
20.01.2018, 22:31

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”  

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto
20.01.2018, 22:14

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı
20.01.2018, 21:47

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar
20.01.2018, 21:27

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib
20.01.2018, 21:07

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

Ərdoğan 20 Yanvar şəhidlərini anıb
20.01.2018, 20:56

Ərdoğan 20 Yanvar şəhidlərini anıb

Qarabağda erməni hərbçısı yaralandı
20.01.2018, 20:34

Qarabağda erməni hərbçısı yaralandı

20 Yanvar 28 il sonra FOTOLARDA
20.01.2018, 20:19

20 Yanvar 28 il sonra FOTOLARDA

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır
20.01.2018, 20:03

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır

Rusiya və İran Türkiyəyə qarşı
20.01.2018, 19:51

Rusiya və İran Türkiyəyə qarşı

Salyan sakini bıçaqlanıb
20.01.2018, 16:50

Salyan sakini bıçaqlanıb

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi
20.01.2018, 16:37

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”
20.01.2018, 16:28

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

Yerevanda yeni etiraz aksiyası keçiriləcək
20.01.2018, 16:17

Yerevanda yeni etiraz aksiyası keçiriləcək

20 Yanvarı xatırlarkən...
20.01.2018, 16:05

20 Yanvarı xatırlarkən...

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib
20.01.2018, 15:52

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  
20.01.2018, 15:38

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  

Hamilə ana öldü, körpəsi tabutda doğuldu
20.01.2018, 15:26

Hamilə ana öldü, körpəsi tabutda doğuldu

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə   
20.01.2018, 15:16

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə  

Azadlığa can vermişik...
20.01.2018, 15:07

Azadlığa can vermişik...

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev   
20.01.2018, 15:00

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev  

Sarkisyan Fransaya gedir   
20.01.2018, 14:45

Sarkisyan Fransaya gedir  

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ   
20.01.2018, 14:33

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ  

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb
20.01.2018, 14:12

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb

Bu gecə...   
20.01.2018, 14:04

Bu gecə...  

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”
20.01.2018, 14:02

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ
20.01.2018, 13:50

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(35.7%)
SOCAR(17.8%)
Azersun Holding(10.7%)
Azercell(3.57%)
Bakcell(14.2%)
Nar mobile(0%)
Gilan Holdinq(3.57%)
Nurgun Group(0%)
Paşa Holding(3.57%)
Akkord(10.7%)