Modern.az

Avropanın ”ikili standartları"- Bu dəfə "Qarabağ"a qarşı

Avropanın ”ikili standartları"- Bu dəfə "Qarabağ"a qarşı

Aktual

23 Noyabr 2017, 20:14

“Qarabağ” “Çelsi”yə uduzdu. Daha doğrusu uduzduruldu. Avropanın ”ikili standartlarının” bir daha şahidi olduq.  Ssenari eynən Qarabağ probleminin ssenarisi kimi oldu. Oyunun əvvəlində bizimkilərin üstünlüyünü hiss edən kimi əsas oyunçulardan birini sıradan çıxarıb qapıya penal zərbəsi təyin etdilər, noyabrın 20-də vertolyotu partladıb  20 yanvarda paytaxta qoşun yeritdikləri kimi. Əldən-dildən, ruhdan  salıb 2-ci topu vurdular, Kərkicahanı, Meşəlini işğal etdikləri kimi... Yenə qeyrətli “Qarabağ” dirçəldi, dikəldi, hücuma keçməyə başladı, 366-cı alayı işə salıb Xocalını işğal etdikləri kimi qapımıza nahaq bir 11 metrlik cərimə zərbəsi yönəltdilər. 10 nəfərlə güclü bir ingilis maşınına bac gələn bu qeyrətli  oğullar eynən cəmi 10 milyonluq xalq kimi... Ayağa qalxıb  qurbanlar hesabına Cocuq Mərcanlıları alanda, yüksəklikləri ələ keçirəndə, böyük intiqam  təhlükəsi yarananda fit çalıb oyunu saxladılar... Düşündülər ki, 10 nəfər cavan uşaq cəmi 5-10 milyonluq büdcə ilə 1 milyard büdcəsi, 100 milyon qiyməti olan futbolçularla silahlanmış “Çelsi”yə 52 faiz üstünlüklə mübarizə aparırsa, bu, çox təhlükəlidir.

 

Şuralarda qərəzli qərarlar qəbul etməklə haqqı axıradək boğmaq mümkün deyil, cənablar!!! Hakimlərə səlahiyyət nahaq qərarlar qəbul etmək üçün verilmir, cənablar!!! Bu "Avroviziya"lar, Avropa oyunları, bu qurbanlar, bu yüksəliş,  Avropanın qulağına Qarabağ demək üçündür, Sizin ifanızda ağa qara, qaraya ağ demək üçün deyil, cənablar!!!

 

Biz bu savaşda da hesabda uduzduq, oyunda uduzmadıq, cənablar!!! Hiss etdiyiniz kimi, hesabda udacağımız günlər də uzaqda deyil, cənablar!

 

Fikrət Şiriyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?