Modern.az

"Azərbaycanla təmasları genişləndiririk" - Estoniya prezidenti

"Azərbaycanla təmasları genişləndiririk" - Estoniya prezidenti

Aktual

23 Noyabr 2017, 21:29

"Hazırda Avropa İttifaqı  ilə Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində danışıqlar davam etdirilir.  Bu istiqamətlə Azərbaycanla da təmasları genişləndiririk. Ümid edirik ki, müsbət nəticə əldə edə biləcəyik".  Modern.az-ın Brüsselə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasına sədrlik edən Estoniya prezidenti Kersti Kalyulayd Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində təşkil edilmiş press-tur iştirakçıları ilə görüşdə bildirib.

 

Xanım Kersti Kalyulaydın qənaətinə görə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatların genişləndirilməsi çox vacibdir: " Avropa İttifaqı  “Şərq Tərəfdaşlığı” ölkələrinə bu istiqamətdə dəstək verir. 2009-cu ildə “Şərq Tərəfdaşlığı” proqramı elan ediləndən indiyədək bu sahəyə təxminən 5,4 milyard avro vəsait ayrılıb".

 

Jurnalistlərin suallarını cavablandıran xanım Kersti Kalyulayd “Şərq Tərəfdaşlığı” ölkələrində demokratiyanın inkişafına nail olmağın əsas prioritet olduğunu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir