Modern.az

Azərbaycanla həmsərhəd ərazidə silahlı insident: Deputat öldü, Yenilənib

Azərbaycanla həmsərhəd ərazidə silahlı insident: Deputat öldü, Yenilənib

23 Noyabr 2017, 23:58

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda baş verən silahlı insidentin səbəbi məlum olub. Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, mübahisə pul borcuna görə yaranıb.  İnsident nəticəində iki nəfər ölüb, üç nəfər isə  yaralanıb.

Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.  İnsidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.

 

21:45

 

Dağıstanın Azərbaycanla həmsərhəd ərazisində silahlı insident olub. Modern.az “RİA Novosti”yə  istinadən xəbər verir ki, hadisə Məhərrəmkənd rayonunda qeydə alınıb. Hadisə nəticəsində  atışma olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir. 

 

Qeyd edək ki, münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir. Atəş açan şəxslərdən  biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaça bilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir