15 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - 4 xanıma tabe olan böyük sərkərdə - Stalinin çəkindiyi MARŞAL JUKOV…
4 xanıma tabe olan böyük sərkərdə - Stalinin çəkindiyi MARŞAL JUKOV…
23.11.2017, 22:46

1941-ci il, 29 iyul tarixi. Hədsiz dərəcədə gərgin olan Stalin Kremldə müşavirə keçirir. Jukov müşavirədə qoşunların Kiyev şəhərindən geri çəkilməsi təşəbbüsü ilə çıxış edir. Və bu addımın atılmasının zəruriliyini də Stalinə məntiqli şəkildə əsaslandırır. Jukovun az qala göstəriş formasında dediyi fikir Stalini özündən çıxarır:

- Yoldaş Jukov, siz bu sərsəm fikirlərinizlə Kiyevi təslim etməyə özünüzdə necə cürət tapırsınız?

 

- Yoldaş Stalin, əgər mən bir Baş Qərərgah rəisi kimi sərsəm fikirlər söyləyirəmsə, demək öz yerimdə deyiləm. Xahiş edirəm məni bu məsul vəzifədən azad edilməyim üçün göstəriş verəsiniz.

 

- Georgi Konstantinoviç, biz Leninsiz küçinmişik, sizsiz də keçinərik...

 

Beləliklə, Jukov Baş Qərərgah rəisi vəzifəsindən azad olunur. Sözsüz ki, bu hadisədə Stalin tələskənliyə yol verir. Bəlkə də o, bu qərarı ilə hamının qorxu və təlaş içində olduğu bir məqamda özünə olan güvənliyi sübut etmək istəyir. Amma sonralar o da məlum olur ki, fikirlərində həmişə qətiyyətli olan və qarşısındakının kimliyindən asılı olmayaraq sözünü deməyi bacaran Jukov həmin müşavirədəki fikirlərində yanılmayıb.

 

Modern.az saytı saytı görkəmli sərkərdə, “Qələbə Marşalı” titulunu qazanmış Georgi Jukov haqqında yazını təqdim edir.

 

1941-ci ilin payız aylarında alman qoşunları Moskva ətrafında qərarlaşanda çıxış yolu tapmaqda çətinlik çəkən Stalin Jukovu köməyə çağırır. Oktyabrın 5-də Jukovun təcili olaraq Leninqraddan Moskvaya gəlməsini əmr edir. Jukovu aerodromdan birbaşa Stalinin Kremldəki mənzilinə gətirirlər. Stalin əsəbi və çaşqın vəziyyətdə üzünü Jukova tutur:

 

- Kritik vəziyyət yaranıb. Almanlar 3-4 gündən sonra Moskvaya yaxınlaşacaqlar. Qərb və Ehtiyat cəbhələrinin komandanlığı real vəziyyəti qiymətləndirə bilmir. Nə Konyev, nə də Budyonnı qoşunlarının harada olduqlarını bilmirlər, düşmənlərin fəaliyyəti və əməliyyatları haqqında xəbərsizdirlər.

 

Jukov məsələdən tam agah olduqdan sonra qərar verir. Alman qoşunları üçün tam açıq olan Moskvanın yollarını bağlamaq və düşməni saxlamaq. O, Qərb cəbhə komandanlığının fəaliyyət istiqamətini dəyişərək hərbi hissələri məhz bu sahəyə yönəldir.

 

 

Oktyabrın 16-da paytaxtın köçürülməsi haqqında qərara imza atdıqdan sonra Stalin Jukovdan soruşur:

 

- Georgi Kanstantinoviç, sizcə qoşunlarımız Moskvanı saxlaya biləcəkmi?

 

- Yoldaş Stalin, mən buna şübhə etmirəm. Biz Moskvanı almanlara təhvil verməyəcik.

 

Jukovun bu qətiyyətli cavabı Stalini təsirləndirir. Rəhbər ona inanaraq Moskvanı tərk etmir. Bəli, “Stalin müharibənin ən ağır vaxtlarında Moskvanı tərk etmədi” kimi az qala şüara çevriləcək həmin ifadə, məhz Jukovun qətiyyətinin məhsuludur.  

 

Stalin Jukova inanırdı, bilirdi ki, Jukov olan yerdə qələbə var. Digər yüksəkçinli hərbçilər və məmurlar bir yana idi, Jukov bir yana. Stalin Ali Baş Komandan kimi Jukovu özünə müavin seçmişdi. Jukov yeganə şəxs idi ki, təxirəsalınmaz qərarların verilməsində Stalinin adından danışmaq səlahiyyəti var idi. Müharibə illərində istər ön, istərsə də arxa cəbhədə həlledici sözü Jukov deyirdi və heç bir müzakirəyə yer qoymamaq üçün əlavə edirdi: “Birinci ilə (Stalin nəzərdə tutulur) razılaşdırılıb...”

 

Bəzi hərbi araşdırmaçıların fikrinə görə, Jukovun müharibədəki uğurları canlı qüvvəni düşmənin qarşısına sədd çəkməklə, böyük itkilər hesabına olub. Amma faktlar sübut edir ki, bu cür yanaşma Jukovun hərbi taktikasına zidd olub. Əksinə, Jukov lazım gələndə qoşunların geri çəkilməsinin, vaxt qazanıb mükəmməl və tam komplektləşdirilmiş şəkildə yenidən hücuma keçməsinin tərəfdarı olub. Marşal bununla sübut edib ki, belə olan halda həm itkilər az olur, həm də döyüş əməliyyatı uğurlu alınır. Müharibə zamanı uğurlu əməliyyat naminə yüz minlərlə döyüşçünün qurban verilməsi birbaşa Stalinin göstərişi ilə olub. Jukov dəfələrlə bu haqda Stalinə kəskin etirazını bildirməkdən də çəkinməyib.

 

Jukov hərbçilərə qarşı tələbkar olduğu qədər də qayğıkeş olub. Məsələn, müharibədən sonra o, əsir düşənlər haqqında yeni sənədin imzalanmasını təklif edib. Belə ki, həmin şəxslərin sənədlərindən əsirliklə bağlı qeydlərin çıxarılmasını istəyib. Marşal fikrini belə əsaslandırıb ki, əsir düşmək və təslim olmaq fərqli anlayışdır. Yəni bir var döyüş zamanı təmas xəttində könüllü düşmənə təslim olmaq, bir də var ki, döyüş əməliyyatı zamanı mühasirəyə düşərək əsir olmaq.

 

Jukov kabinet sevən marşallardan olmayıb. Bu haqda özü də xatirələrində qeyd edib ki, səngərlərdən sonra kabinetdə stol arxasında əyləşib nə isə yazmaq mənim üçün çox çətindir. Marşalın sərkərdəlik qabiliyyəti nə hərbi təhsili ilə, nə də təcrübəsi ilə bağlı olmayıb. Müasirlərinin söylədiklərinə görə, hərb sənətini incəliklərinə qədər bilən Jukovda bu Tanrı vergisi idi.

 

Hədsiz dərəcədə amansız, sərt və kəskin olan Jukov müharibə illərində xalqın böyük nüfuzunu qazanıb, onu seviblər, ondan qorxublar, ona dua ediblər.

 

Jukov yeganə marşal olub ki, Böyük Vətən müharibəsi illərində onun şəxsi işinə 41 dəfə Stalinin şəxsi təşəkkürü qeyd olunub. 4 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yeganə şəxs də Jukov olub.

 

 

Qələbənin təmin olunmasında misilsiz xidmətləri olan Jukova Qələbə paradının qəbul etməsi haqqında Stalinin əmri də bir daha onun fərqli bir şəxsiyyət olduğuna sübutdur. Bəli, bu bəlkə də müharibə ilə bağlı Stalinin ən ədalətli qərarlarından biri idi. Bəlkə də bu qərarı Stalin xalqın iradəsinə görə vermişdi. Çünki Stalin Jukova qarşı bu qədər səmimi ola bilməzdi. Sonrakı hadisələr də bunu bir daha sübut etdi. Belə ki, Stalin müharibədən sonra növbəti dəfə öz “mərhəmət”ini Jukovdan əsirgəmir.  Cəllad kimi tanınan Dövlət Təhlükəsizliyi naziri Abakumov və Lavrenti Beriya Jukovun həbs olunması ilə bağlı sənədə imza atmaq üçün Stalinə təqdim edirlər. Stalin düşünmədən belə sənədin üzərinə dərkənar qoyur: “Mən Jukovun həbsinə imkan verməyəcəm” və üzünü onlara tutub deyir: “4 il ərzində Georgi Kanstantinoviçi mən özümdən yaxşı tanımışam. Sizin söylədikləriniz cəfəhgiyyatdan başqa bir şey deyil...”

 

Sözsüz ki, Stalinin bu cür münasibəti ədalətli idi. Amma rəhbər daxildə yenə də qeyri-səmimi idi. Sadəcə müharibədən sonrakı ölkədəki mürəkkəb vəziyyətdə Jukov hələ ki, Stalinə lazım olacaqdı.

 

Qısa bir müddətdən sonra Stalin Jukov haqqında əsl fikirlərinin bildirir. Marşal faşist Almaniyası üzərində qələbəni öz adına çıxmaqda suçlanır. Daha sonra Jukova qarşı Almaniyadan bahalı əşyaların, xüsusilə, rəsm əsərlərinin gətirilməsi ilə bağlı ittiham sürülür. Təbii ki, bunların arxasında başqa məsələlər dururdu. Jukov qətiyyəti və nüfuzu ilə Kreml üçün təhlükəyə çevirilirdi. Ona qarşı qısqanclıq Kreml məmurlarını rahat buraxmırdı. Stalin üçün belə bir şəxsiyyət arzuolunmaz idi. Digər bir tərəfdən Jukov hələ müharibənin başlanğıcında Stalinin ən çarəsiz və miskin vaxtlarını görmüşdü. Jukov xalq tərəfindən inanılan şəxslərdən biri idi ki, o, Stalin haqqında olan əfsanələri, mifləri darmadağın edə bilərdi. Məhz Stalini də qorxudan bu idi.

 

Beləliklə, Jukov əvvəlcə Odessa hərbi dairəsinə, sonra isə Urala göndərilir. Həmin dövrdə SSRİ-nin ən kriminal şəhərlərindən biri olan Odessada Jukov, əsasən, cinayətkarlığa qarşı mübarizə aparır. Və elə həmin şəhərə çatdığından bir neçə gün sonra hərbi libasını çıxararaq mülki paltarda avtoritetlərin toplaşdığı məkana gəlir, icazəsiz stolun baş tərəfinə keçir, əlini stolun üstünə çırparaq deyir: “İndi bu şəhərin bir nömrəli avtoriteti mənəm...”

 

Moskvada isə marşal haqqında “Aviasiya işi” ilə bağlı yeni ittihamlar hazırlanır.

 

Jukov 1952-ci ildə Mərkəzi Komitə üzvlüyünə namizəd seşilir. Marşal öz xatirələrində qeyd edib ki,  bu Stalinin təşəbbüsü ilə olub və ona qarşı etdiyi haqsızlığa görə barışıq üçün yol açıb.

 

Stalinin ölümündən sonra Jukov müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin olunur. Kremldəki növbəti qruplaşmalarda Beriyanın öz mövqelərini möhkəmlətməsi Xruşovu ciddi narahat etməyə başlayır. O, bu haqda Jukovla danışıqlara başlayır. Xruşov bir daha Jukova Beriyanın onu həbs etdirmək istədiyini xatırladır:

- Geogi Kanstantinoviç, yəqin ki, Beriyanın sizə qarşı olan münasibətini unutmamısınız. Bu yaramazı aradan götürmək, həbs etmək lazımdır.

 

Mətləbi və təklifi anlayan marşal cavab verir:

 

- Düzdür, mən adam həbs etməklə məşğul olmuram, amma bu işi böyük həvəs və məmnunniyyətlə icra edərəm.

 

Beləliklə, nə vaxtsa Jukovun həbsinə çalışan Beriya çox amansız bir şəkildə Jukov tərəfindən həbs olunur.

 

Bu həbsin müqabilində Jukov SSRİ-nin müdafiə naziri təyin olunur.

 

1957-ci ildə qara buludlar yenidən marşalın başı üstündə görünməyə başlanır. Mərkəzi Komitənin plenumunda Silahlı Qüvvələrdə partiya-siyasi işlərinin yarıtmaz vəziyyətdə olduğu vurğulanır və Jukov leninizm prinsiplərinə əməl etməməkdə günahlandırılır. Plenum Jukovu müdafiə naziri vəzifəsindən azad edir.

 

Nazir vəzifəsindən azad olunsa da, o, qonaq qismində mütəmadi olaraq Kremlin mötəbər tədbirlərinə dəvət alıb, “Qələbə Marşalı” böyük ehtiramla xatırlanıb. Ən əsası isə bütün rəsmiyyətlərdən kənar Marşal Jukov xalqı üçün böyük şəxsiyyət, görkəmli sərkərdə kimi əbədiyyətə qovuşub.

 

Jukov həm də həyat sevgili, nikbin, həssas qəlbli bir insan kimi yaddaşlarda qalıb. Müharibəyə, gərgin iş rejiminə baxmayaraq, marşal 4 dəfə evlənməyə vaxt tapıb. Jukov bu məsələyə münasibət bildirərkən qeyd edib: “Xanımlar mənim hərbi fəaliyyətimə mane olmayıblar. Bu məsələdə toxunulacaq yalnız bir məqam var, böyük bir ordunun tabe olduğu şəxs evə gedəndə, özü tabe olmaq məcburiyyətində qalır...”

 

Georgi Jukov 18 iyun 1974-cü ildə keçirdyi infarktdan sonra vəfat edib.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Daşqınlar 13 fransızın həyatına son qoydu
15.10.2018, 17:04

Daşqınlar 13 fransızın həyatına son qoydu

Badamdardakı sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı
15.10.2018, 17:02

Badamdardakı sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı
15.10.2018, 16:50

Cəlaləddin Qasımovun iki filmi beynəlxalq mükafat aldı

Badamdardakı sürüşmə evin hasarını uçurdu
15.10.2018, 16:36

Badamdardakı sürüşmə evin hasarını uçurdu

“Ölkə başçısı yenə səfərdədir, yenə xalqla görüşür”
15.10.2018, 16:33

“Ölkə başçısı yenə səfərdədir, yenə xalqla görüşür”

Prezident Lerikə gedib
15.10.2018, 16:20

Prezident Lerikə gedib

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi
15.10.2018, 16:12

Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi

İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi ilə tanış olub
15.10.2018, 16:05

İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi ilə tanış olub

Almaniyada naməlum şəxslər insanları girov götürüb
15.10.2018, 15:58

Almaniyada naməlum şəxslər insanları girov götürüb

Novruz Aslan: “Ən böyük problem ruhdan düşməyimizdir” - MÜSAHİBƏ
15.10.2018, 15:57

Novruz Aslan: “Ən böyük problem ruhdan düşməyimizdir” - MÜSAHİBƏ

Pensiyalar artıb – RƏSMİ
15.10.2018, 15:55

Pensiyalar artıb – RƏSMİ

İsveçrə azərbaycanlılarının rəhbəri: “Dəyişiklikləri görmək üçün vaxta ehtiyacımız var” - MÜSAHİBƏ
15.10.2018, 15:51

İsveçrə azərbaycanlılarının rəhbəri: “Dəyişiklikləri görmək üçün vaxta ehtiyacımız var” - MÜSAHİBƏ

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək
15.10.2018, 15:47

Bu ölkə “Avroviziya”da iştirak etməyəcək

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu
15.10.2018, 15:44

İşğal edilmiş ərazilərlə bağlı qanun layihəsi parlamentə təqdim olundu

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!
15.10.2018, 15:38

Deputatdan Diaspor Komitəsinin çağırışlarına reaksiya – səs VERİN!

“Astaranın içməli su təchizatı sistemləri” layihəsinin icrası başa çatdırılıb
15.10.2018, 15:30

“Astaranın içməli su təchizatı sistemləri” layihəsinin icrası başa çatdırılıb

Lerikdə yük maşını dərəyə aşdı - Ölən var 
15.10.2018, 15:22

Lerikdə yük maşını dərəyə aşdı - Ölən var 

Azərbaycan ədəbiyyatı Frankfurt sərgisində təqdim edilib
15.10.2018, 15:15

Azərbaycan ədəbiyyatı Frankfurt sərgisində təqdim edilib

Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: “Heç kimə güzəşt olmayacaq”
15.10.2018, 15:13

Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: “Heç kimə güzəşt olmayacaq”

İlham Əliyev Astaraya getdi 
15.10.2018, 15:05

İlham Əliyev Astaraya getdi 

Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı
15.10.2018, 14:54

Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı

Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu
15.10.2018, 14:48

Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu

Bu yolda hərəkət bərpa ediləcək
15.10.2018, 14:41

Bu yolda hərəkət bərpa ediləcək

Yol polisi reyd keçirdi, gərgin anlar yaşandı - FOTOLAR
15.10.2018, 14:40

Yol polisi reyd keçirdi, gərgin anlar yaşandı - FOTOLAR

Eldar Quliyev Yunanıstana gedir
15.10.2018, 14:36

Eldar Quliyev Yunanıstana gedir

 “Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar
15.10.2018, 14:34

 “Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar

UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır
15.10.2018, 14:27

UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında
15.10.2018, 14:20

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında

Diaspor sədrinin cənazəsi Azərbaycana gətirilir 
15.10.2018, 14:14

Diaspor sədrinin cənazəsi Azərbaycana gətirilir 

Həsən bəy Ağayevin nəticəsi NARAZIDIR: “Babamın adını yada salmırlar”
15.10.2018, 14:08

Həsən bəy Ağayevin nəticəsi NARAZIDIR: “Babamın adını yada salmırlar”

Avtobusda və taksidə siqaret çəkənlər cərimələnəcək
15.10.2018, 13:42

Avtobusda və taksidə siqaret çəkənlər cərimələnəcək

Hər bir azərbaycanlının Prezidenti
15.10.2018, 13:32

Hər bir azərbaycanlının Prezidenti

Ömürlük məhkumlarla bağlı qanun dəyişir   
15.10.2018, 13:25

Ömürlük məhkumlarla bağlı qanun dəyişir  

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO
15.10.2018, 13:20

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO

On beş il: sabit və təhlükəsiz Azərbaycan
15.10.2018, 13:15

On beş il: sabit və təhlükəsiz Azərbaycan

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir
15.10.2018, 13:12

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı   
15.10.2018, 13:09

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı  

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ
15.10.2018, 13:05

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ

Ermənistan prezidenti Azərbaycan ərazisində
15.10.2018, 12:58

Ermənistan prezidenti Azərbaycan ərazisində

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı   
15.10.2018, 12:52

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı  

Təqsirləndirilən şəxs Elmira Axundovadan üzr istədi
15.10.2018, 12:38

Təqsirləndirilən şəxs Elmira Axundovadan üzr istədi

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO
15.10.2018, 12:38

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI
15.10.2018, 12:30

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI

Britaniya kraliçası növbəti dəfə nənə olacaq
15.10.2018, 12:27

Britaniya kraliçası növbəti dəfə nənə olacaq

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb
15.10.2018, 12:24

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ
15.10.2018, 12:22

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ

UNEC stendi mükafata layiq görüldü - FOTO
15.10.2018, 12:12

UNEC stendi mükafata layiq görüldü - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI   
15.10.2018, 12:06

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI  

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”
15.10.2018, 12:01

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR
15.10.2018, 11:54

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR

ARXİV