Modern.az

Şimal bölgəsində çörək ucuzlaşdı

Şimal bölgəsində çörək ucuzlaşdı

Aktual

23 Noyabr 2017, 23:01

Quba, Qusar və Xaçmazda çörək ucuzlaşıb. Modern.az  "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Şimal bölgəsində maraqlı aksiya başlayıb. Çörək sexləri 35-40 qəpiyə satılan çörəyin qiymətini 15 qəpik aşağı salıblar.

 

İlk olaraq bu aksiyaya Xaçmaz rayonunda başlanılsa da, sonradan Qusar və Qubada fəaliyyət göstərən çörək sexləri də onlara qoşulub.

 

Bu bütün çörəklərə şamil olunmur. Sadəcə 500 qram olan çörəklərdə qiymət endirilib.

 

Qiymətin aşağı salınması sakinlərində ürəyincədir.

 

Sex sahibləri bildirirlər ki, topdan və pərakəndə satışda da eyni qiymətdir. Ancaq bəzi alıcılar çəkinin azaldığını iddia edirlər. Bildirilir ki, əvvəlcə çəkisi 500 qram olan çörək hazırda 430-450 qram olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu