Modern.az

Daha bir şəhər İŞİD-dən təmizləndi

Daha bir şəhər İŞİD-dən təmizləndi

24 Noyabr 2017, 00:42

Suriyanın Əbu Kamal şəhəri terrorçulardan təmizlənib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki,  şəhəri birlikdə azad edən Suriyanın hökumət qüvvələri ilə İraq qüvvələri sərhəddə qarşılaşıb. Haşdi Şabi İran sərhədindən İŞİD-i atəşə tutaraq İraq-Suriya sərhədini keçməsinə əngəl olub.

 

Qeyd edilir ki, İraq ordusu da Əbu Kamalın İŞİD-dən azad olunmasında müstəsna rol oynayıb. İki ölkənin qoşunlarının sərhəddə birləşməsi və bir-birini təbrik etməsinin görüntüləri də yayılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi