Modern.az

Sualtı qayığın yoxa çıxdığı ərazidə güclü partlayış

Sualtı qayığın yoxa çıxdığı ərazidə güclü partlayış

24 Noyabr 2017, 01:00

"San-Juan" hərbi sualtı qayığının yoxa çıxdığı ərazidə güclü partlayış baş verib. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bunu Argentina Hərbi Hava Qüvvələrinin nümayəndəsi Enrike Balbi bildirib.

 

Onun sözlərinə görə, Argentinanın yoxa çıxmış “San-Juan” hərbi sualtı qayığının axtarışları onun olduğu yer və taleyi haqqında dəqiq, təsdiqlənmış məlumatlar əldə olunanadək davam etdiriləcək.

 

Bundan əvvəl isə məlumat verilmişdi ki, ölkənin Hərbi Hava Qüvvələri sualtı qayığın yoxa çıxması ilə bağlılığı ola biləcək partlayış haqqında informasiyaya malikdir.

 

Xatırladaq ki, “San-Juan” sualtı qayığı noyabrın 15-də “Uşuaya” limanından Mar-del-Plata şəhəri istiqamətində üzən zaman onunla əlaqə kəsilib. Altı günlük oksigen ehtiyatına malik qayığın göyərtəsində 44 nəfər olub. Son əlaqə zamanı ekipaj yaranmış nasazlıq barədə məlumat verib.

 

Hazırda axtarış əməliyyatlarında ABŞ, Fransa, Böyük Britaniya, Braziliya, Çili və digər ölkələrdən olan 4 minə yaxın insan iştirak edir. Bu gün əməliyyatlara Rusiya da qoşulub.

 

Aralarında bir qadının da olduğu ekipaj üzvlərinin sağ qalmasına ümid hər ötən gün azalır. Onların qohumları və dostları “Mar-del-Plata” bazasının qarşısına toplaşaraq yeni xəbərlər gözləyir və dualar edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir