Modern.az

Fəzail Ağamalı partiyasının üzvlərini təbrik etdi  

Fəzail Ağamalı partiyasının üzvlərini təbrik etdi   

24 Noyabr 2017, 09:18

Bu gün  Ana Vətən Partiyasının 27 yaşı tamam olur.

 

Modern.az xəbər verir ki, bu münasibətlə partiyanın sədri, deputat Fəzail Ağamalı partiya üzvlərini təbrik edib. 

 

Təbrikdə deyilir:

 

“Hörmətli Anavətənçilər!

 

Ana Vətən Partiyasının yaranması Azərbaycanda ziddiyyətli və siyasi proseslərin sürətlə inkişaf etdiyi bir dövrə təsadüf edir. Həmin dövr müxtəlif siyasi baxışları öz ətrafında birləşdirən AXC rəhbərliyi siyasi proseslərin önündə gedə və açıq siyasi iradə nümayiş etdirə bilmirdi. Məhz hadisələrin bu cür gedişi ilə razılaşmayan bir qrup ziyalı və tələbə 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasını təsis etdilər.

 

O, vaxtdan AVP Azərbaycan cəmiyyətinin siyasi sistemində ilk partiyalardan biri kimi aktiv fəaliyyətə başlayıb.

 

AVP öz fəaliyyətini Azərbaycançılıq, Dövlətçilik, Demokratiya və Vətənkeşlik kimi təməl prinsipləri üzərində quraraq özünün başlıca vəzifəsini beynəlxalq hüquqi normalar əsasında Azərbaycanın əzəli ərazi bütövlüyünün təmin edilməsində, tarixi və coğrafi baxımdan vahid Azərbaycanın qurulmasında görüb. 

 

Partiyamız azərbaycançılıq məfkurəsini türkçülüyə qayıdışı, dünyəviliyə irəliləyişi özündə birləşdirən ideya olduğunu və dövlətçiliyimizə xidmət etdiyini qəbul edib, bu ideyanı təbliğ etməyi özünün proqram vəzifələrindən biri hesab edib. 

 

Ana Vətən Partiyası  siyasi meydana qədəm qoyduğu andan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət qurmaq, onu nüfuzlu beynəlxalq subyektə çevirmək uğrunda ardıcıl mübarizə aparıb. Doğma Azərbaycanımızın müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, onu dünyanın yüksək inkişaf etmiş dövlətləri sırasına çıxarması yolunda mübarizə aparmaq bizim amalımız olub. 

 

Əziz Anavətənçilər! Sizi partiyamızın 27 illiyi münasibətilə təbrik edir, sizə can sağlığı və pariyamızın amalları uğrunda mübarizədə yolunda yeni-yeni uğurlar arzulayıram”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?