Modern.az

İslamda rəsm çəkmək qadağası aradan götürülüb - MÖVQE

İslamda rəsm çəkmək qadağası aradan götürülüb - MÖVQE

Mədəni̇yyət

24 Noyabr 2017, 09:23

Bəzi hədislərdə qeyd olunur ki, dində şəkil çəkmək haramdır. Buna misal olaraq, “Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkdirənlərə olacaqhədisini göstərmək olar.

 

Bəs bu doğrudur?

 

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlama verib.

 

O bildirib ki, rəsm çəkmək bütləşmə prosesinin qarşısını almaq üçün vaxtı ilə haram buyurulub.

 

“İnsanlar bütlərə baxıb rəsm əsərləri yaradırdılar. Həzrət Məhəmməd Məkkəyə gələrək 360 bütü dağıdandan sonra insanlar yenə eyni addımı atmasınlar deyə rəsm əsərləri çəkmək haram idi. Amma indi məscidlərimizdə də gözəl rəsm əsərləri var, İslamın özünün müxtəlif nümunələri var. Artıq belə bir qadağa aradan qaldırılıb”.  

 

R.Əliyev qeyd edib ki, bu qadağa ancaq bütləşmənin qarşısını almaq üçün nəzərdə tutulub. Əsasən də bu, peyğəmbərin və imamların şəkillərinin çəkilməməsi üçün qadağan olunub ki, insanlar bu şəkilləri bütləşdirmək fikrinə düşməsinlər.

 

Rafiq Əliyevin sözlərinə görə, əvvəllər İslam ölkələrində, əsasən İranda  köynəyin üstündə şəkil belə, haram sayılırdı. Amma sonradan bu qayda-qanun yüngülləşdirilib:

 

“İndi İranda keçmiş şahın bağında rəsm qaleriyası var,insanlar o bağda şəkil çəkib satırlar. Mən də bir neçə dəfə oradan şəkil almışam. Bəzi şəkillərin mənası yaxşı qarşılanmaya bilər, amma ümumilikdə kimsə buna görə kimisə cəzalandırsın, qadağa qoysun -  belə hallara demək olar rast gəlinmir”.

 

Əbülfəz Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir