Modern.az

Bakıda Türk dünyasıyla bağlı beynalxalq konfrans keçirilir

Bakıda Türk dünyasıyla bağlı beynalxalq konfrans keçirilir

Aktual

24 Noyabr 2017, 11:22

Azərbaycan Atatürk mərkəzində "Türk dünyasından Azərbaycana baxış" adlı beynalxalq konfrans başlayıb.

 

Konfransın proqramına əsasən, açılışı BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Arzu Məmmədova edəcək. Daha sonra DTGB İB-nin sədri Əkrəm Abdullayev, Milli Məclisin deputatı, Atatürk mərkəzinin direktoru Nizami Cəfərov, Prezident yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov çıxış edəcək. 

 

Dr.A.Akif Poroy "Türk dünyasından Azərbaycana baxış", BDU Türk xalqları kafedrasının dosenti Sevinc Ruintən "Azərbaycan deyəndə...", Azərbaycan Turizm və Menecment Universitetinin, Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, "Türkiyə və Azərbaycanın turizm potensialı baxımından oxşar və fərli cəhətləri" , Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Dr.Hasan Oktay "Türkiyədən Azərbaycanın son 25 ilinə baxış" adlı məruzələrlə çıxış edəcəklər.



Eyni zamanda Azərbaycan Turizm və Menecment Universiteti, Tədqiqat bölmə rəhbəri Qahirə Məmmədovanın "Türkiyə və Azərbaycanın turizm potensialı baxımından oxşar və fərqli cəhətləri", "Yeni Ufuklar" dərnəyinin sədri Saltuk Buğrahan Budakın "Türkiyə-Azərbaycan ticarət əlaqələri və insan qaynaqları",Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadiyyat və İşlətmə fakültəsinin baş müəllimi Dr. Nazim Cəfərovun "Qazaxıstan Azərbaycan münasibətləri", "Opora Rossii" İctimai təşkilatının sədri (Başqırdıstan-Rusiya) Nikollayeva Lyaysanın "Qadın sahibkarlığı Azərbaycan dövlətinin inkişaf vasitəsi kimi", Azərbaycan Turizm və Menecment Universitetinin, Turizm və Qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərovanın "Türkiyə və Azərbaycanın turizm potensialı baxımından oxşar və fərqli cəhətləri"adlı məruzələri də nəzərdə tutulub.

 

Sonda çıxışlarla bağlı müzakirələr aparılacaq və yekun qətnamə qəbul olunacaq.

Nəzrin Rüstəmova 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür