Modern.az

“Ayə, harayə gedirsən, ayə?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq”

“Ayə, harayə gedirsən, ayə?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq”

24 Noyabr 2017, 12:29

AzTV-də Müasir Azərbaycan Gəncliyi (MAG) verilişininin qonağı olan Vüsal Rzasoyun gitarada ifa etdiyi “Ayə, harayə gedirsən, ayə?” sözlərindən ibarət mahnı maraqlı müzakirələrə səbəb olub.

 

Modern.az xəbər verir ki, bir gecədə sosial şəbəkələrdə və mediada məşhurlaşan V. Rzasoy azvision.az-a deyib ki, ifa etdiyi mahnı birdən-birə ərsəyə gəlməyib.

“Mahnı bir günə və ya bir həftəyə yaranmayıb. Bunu yaratmaq üçün uzun illər axtarışda olmuşam, söhbətlər etmişəm, çox şeyləri araşdırmışam. Musiqi, insanlar, cəmiyyətdə onların keçmişləri, gələcəkləri, hisləri, qayğıları haqqında uzun müddət düşünmüşəm. Belə bir mahnını ona görə ifa etdim ki, insanların özlərinə uyğun olmayan, vərdiş etmədiyi danışığı, ləhcəni eşididəndə gülməsinlər. Lağ edib zarafatlaşmasınlar. O insanlara qulaq asıb, mahiyyətini anlasınlar, onları başa düşsünlər. Bu mahnıya da qulaq asan gülür, gülmüsəyir. Elə bilir ki, zarafatdır. Əslində isə “Ayə, harayə gedirsən?” çox dərin fəlsəfi sualdır ki, cəmiyyətin primitiv hesab etdiyi insanlar dərin fəlsəfi suala cavab axtarırılar. Və ya axtarış yolundadırlar. Digər insanlar isə görükləri mənzərədən mahiyyətinə çatmadan gülməyə başlayırlar” 

V.Rzasoy deyib ki, əslində primitiv gördüyünüz və güldüyünüz insanların içi dərin və zəngindir. Onların hansı ləhcə və necə danışmasından aslı olmayaraq, bu belədir. 

"Məqsədim məişət səviyyəsində adlandırılan cəmiyyətdə olmaq və o səviyyədə görününən insanın daxilindəki dəyəri izah etməkdir. Mahnının bu səviyyədə olması mənə xoşdur. Bəlkə də mahnın yadda qalan olması onun ləhcə ilə oxunması deyi, müraciət formasıdır”. 

Əslən Naxçıvan bölgəsindən olduğunu deyən musiqiçi növbəti mahnısını həmin bölgənin ləhcəsi ilə ifa edəcəyini bildirib:

 

“Növbəti işim Naxçıvan ləhcəsində olacaq. Niyə də olmasın? Mən Baltikyanı ölkələrdə konsertlər vermişəm. Xarici prodüserlə çalışıram. Düşşünürəm ki, növbəti xarici konsertlərimdə bu mahnını həmin ölkələrdə oxuyacağam. Mahnını öz dilimizdə oxuyacağam, tərcümə etməyəcəyəm. İfamın AzTV-də verilməməsinə görə, narahat deyiləm. İfamın efirə getməyəcəyini deməmişdilər. Ancaq bütün hallarda bu məni narahat etmədi”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər