Modern.az

Deputatlar futbol oynamağa niyə son qoydular? - AÇIQLAMA  

Deputatlar futbol oynamağa niyə son qoydular? - AÇIQLAMA  

24 Noyabr 2017, 12:48

Milli Məclisin üzvləri arasında  zaman-zaman futbol yarışları keçirilir. Deputatlarımız hətta ötən il Antalya şəhərində türkiyəli həmkarları ilə dostluq görüşü də keçirmişdilər. Amma uzun müddətdir ki, bu barədə yeni məlumat yoxdur.

 

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Zahid Oruc deyib ki, futbol yarışları intensiv, planlı, daimi bir iş sayıla bilməz.

 

“Ayrı-ayrı epizodik hallarda, bəzən dostluq xarakterində Türkiyədə məlum təbdirlərə qatılmağımız məsələsi idman diplomatiyasının tərkib hissəsi sayıla bilərdi. Həmin yarışlarda meydanda qələbə qazanmaqdan daha çox, dostluq münasibətlərini möhkəmlənirmək istəkləri mövcud idi. Rusiya parlamenti tərəfindən də belə bir istək olmuşdu. Mən özüm həmin oyunların bəzilərində iştirak etsəm də, sonrakı dövr həm işin çoxluğu,  bölgələrə daimi səfərlər bizi futbol komandası fəaliyyətindən məhrum edib. Ona görə də hazırkı dövrdə belə bir hazırlıqların getdiyi və yarışların keçiriləcəyi ilə bağlı hansısa məlumatlara malik deyiləm”.

 

Z. Oruc deyib ki, Milli Məclisin Aparatı səviyyəsində belə oyunlar keçirilir.

“Onlar hər həfə sonu müxtəlif mini meydançalarda güclərini sınayırlar. Amma parlament üzvləri arasında belə yarışlar keçirilmir”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir