Modern.az

Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da “ÖLÜM OYUNU” haqda danışılır  

Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da “ÖLÜM OYUNU” haqda danışılır  

Aktual

24 Noyabr 2017, 15:24


Gənclər arasında  geniş yayılmış  və dünyada çoxsaylı intihar hadisələri ilə əlaqələndirilən  Mavi Balina (Blue Whale) adlı oyunun yaradıcısı Rusiyada 3 il həbs cəzasına məhkum edilsə də, oyunun istifadəsi  hələdə dayandırılmayıb və oyunla bağlı intihar hadisələri  qeydə alınır. Türkiyədə 200-dən çox insanın intiharına səbəb olduğu  ehtimal olunur. Bu yaxınlarda Azərbaycanda  intihar edən yeniyetmənin də məhz bu oyunun əmrini yerinə yetirdiyi barədə fikirlər mövcuddur.

Bu oyunun  istifadəçilərinə  50 təlimat verilir və yerinə yetirilməsi tələb olunur.
50 gün müddətində davam edən bu əmrlərə qolları və ayaqları dərindən olmamaq şərtilə kəsmək, müəyyən bir müddətə heç kimlə görüşməmək, gecə qəbirsanlıqdan fotolar göndərmək və s. daxildir.

50-ci günün sonunda isə həmin şəxsə yüksəklikdən tullanaraq , ya da özünü asaraq intihar etmək əmri verilir. Bu oyun 3 dildə - rus, ingilis, türk dillərində mövcuddur. Mavi Balina oyununda istifadəçilərin şəxsi məlumatları oğurlanır və şantaj edilirlər. Buna görə də istifadəçilər  oyunda qalmağa məcbur olduqlarını bildirirlər.


Azərbaycan İnternet Forumunn Prezidenti Osman Gündüz Modern.az-a qeyd edib ki, bunun bəlli bir  “ X ”nöqtəsi yoxdur ki, bu oyun tamamilə dayandırılsın.


“ Mən hesab edirəm ki, bu oyunun qarşısını almaq üçün informasiya mühiti yaratmalı və gənclər, uşaqlar və valideynləri arasında maarifçilik işləri aparılmalıdır. Və bu tək bir qurumun deyil, bütün cəmiyyətin problemidir. Yəni media, təhsil, özəl və dövlət qurumları hər birimiz birləşib uşaqları, gəncləri bu oyundan çəkindirib, xəstəlikdən xilas etməliyik. Bu oyunla bağlı təhlükənin olduğunu tez-tez qeyd etmək mütləqdir”.

Oyunun rəsmi internet ünvanı və hüquqi satışı yoxdur.  Rus çat səhifələrinə girmək istəyənlərə bu oyunun linki göndərilir. Beləliklə bu linkə daxil olan bütün şəxslərin kompyuterləri virusa yoluxaraq onların şəxsi məlumatları oğurlanır. 

Osman Gündüz deyib ki, bu oyunlar facebook, whatsapp, video və digər vasitələrlə yayılan şəbəkə oyunları olduğundan bunların qarşısını almaq çox çətindir. Bunun ən effektli yolu kimi isə cəmiyyətin bu mübarizədə birləşməsini göstərib.

Qeyd edək ki, 2017-ci ilin aprel ayında Rusiyada gənc qızın intihar səbəbi ilə oyunun yaradıcısı və təlimatları verən şəxs ilə bağlı araşdırma aparılıb. Oyunun qurucu hesab edilən Philipp Budeikin adlı şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Rusiyanın “Novaya” qəzetində isə iddia olunur ki, oyun uzun müddətdir oynanılır və hətta 2015-2016-ci illərdə artıq 130 gənc bu səbəblə həyatına son qoyub. Jurnalistlərin fikrincə, oyunu idarə edənlər yeniyetmə gənclərin vərdişlərini və psixologiyasını  yaxşı bilirlər. Qızları fiziki olaraq yetərli olmadıqlarına, kişiləri isə xaraktersiz və qorxaq olduqlarına inandırıb onları intihara sövq edirlər.

Nəzrin Cavid 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!