Modern.az

Misirdə terror aktında ölənlərin sayı 235-ə çatdı - Yenilənib

Misirdə terror aktında ölənlərin sayı 235-ə çatdı - Yenilənib

24 Noyabr 2017, 20:16

Misirdə Sinay məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terror aktı nəticəsində həlak olanların sayı 235 nəfərə çatıb. Daha  109  nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Qeyd edək ki, terrorçular cümə namazı zamanı dörd maşında Əl-Rauda məscidini mühasirəyə alıblar. Sonra məscidə daxil olaraq dua edənlər arasında partladıcı qurğunu işə salıblar. İnsanlar qaçıb bayıra çıxmaq istəyəndə isə onları nizamsız atəşə tutublar.

 

15:52

 

Misirin Sinay yarımadasında məscidlərdən birində baş verən terror aktı zamanı azı 50 nəfər ölüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əl-Ariş şəhəri yaxınlığında baş verib.

 

“Əl-Əhram” qəzetinin məlumatına görə isə hadisə zamanı ölən olmayıb, 70 nəfər yaralanıb.

Cümə namazı zamanı terrorçu-kamikadzenin özünü partlatdığı ehtimal olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir