Modern.az

İctimai Komitənin yeni koordinatoru: “Aktivliyi təmin etməliyik”  

İctimai Komitənin yeni koordinatoru: “Aktivliyi təmin etməliyik”  

24 Noyabr 2017, 15:59

Ədliyyə naziri yanında İctimai Komitənin tərkibi yenidən formalaşıb. 

Komitənin yeni tərkibdə ilk iclası keçirilib, ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlı qurumun koordinatoru seçilib.

Səadət Bənənyarlı Modern.az-a ayeni planlardan söz açıb.


“Biz yenə də öz işimizi davam etdirəcəyik. İctimai Komitədə mütəxəssislər var, onlar kifayət qədər təcrübəli insanlardır. Birinci dəfə deyillər ki, belə tədbirə qatılıblar. Həm məhkumların saxlanma yerlərinin monitorinqi, həm sosial reablitasiya məsələləri, həm də saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək. Digər sahələrdə olduğu kimi, bu sahədə də inkişaf və hazırlıq getməlidir.

Alternativ cəzaların tətbiqi və yüngülləşdirilməsi sahəsində yeni qurumlar yaradılır və o qurumların işində aktivliyi daim təmin etmək lazımdır. Bu gün ictimai sahədə qızların saxlama yerləri və şəraitləri təkcə monitorinqlərdən ibarət deyil. Ona görə də bu sahə üzrə daha geniş işlər görəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?