Modern.az

Azərbaycanda üzən məzənnə MÜƏMMASI

Azərbaycanda üzən məzənnə MÜƏMMASI

İqtisadiyyat

25 Noyabr 2017, 10:16

İstər idarə olunan, istər üzən məzənnə - bu iki məzənnənin hər birinin üstünlükləri və çatışmazlıqları var. Fiksə olunmuş məzənnənin mühüm üstünlüklərindən biri də odur ki, valyuta bazarını proqnozlaşdırmaq mümkün olur. Üzən məzənnə rejimində isə bazara çıxarılacaq valyutanın həcmi öncədən məlum olmamalıdır.

                  

Azərbaycanda hazırda üzən məzənnə rejimi fəaliyyət göstərir ki, bu valyuta bazarında formalaşan məzənnə valyutaya tələb və təklif amilləri əsasında formalaşır.

 

İqtisadç Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, neçə vacib atribut yerinə yetirilmədən manatın kursunu  üzən məzənnə adlandırmaq olmaz.

 

“Azərbaycanda üzən məzənnə fəaliyyət göstərmir. Birincisi, Mərkəzi Bankın hərracları keçiriləndə 30 bank var ki, mütəmadi olaraq bu hərraclarda iştirak edib dollar alırlar. Yəni alanların sayı ilə, satanın sayı bəllidirsə, bu üzən məzənnə  hesab edilə bilməz. İkinci şərt ondan ibarətdir ki, üzən məzənnə rejimində bazara çıxarılacaq valyutanın həcmi öncədən məlum olmamalıdır. Azərbaycanda isə bu məlumdur, hər 2-ci və 4 cü günlər hərraclarda Mərkəzi Bank vasitəsilə Neft Fondu, adətən, 40 milyon, bəzi hallarda isə 70 milyon vəsait çıxardır. Orta hesabla 40-70 milyon arası vəsait çıxarılır, yəni bu öncədən bilinir. Üzən məzənnə rejimində bu mümkün deyil. Üçüncü və ən vacib şərtlərdən biri isə ondan ibarətdir ki, üzən məzənnə rejimində onlayn şəraitdə valyutanın  məzənnəsi  saniyəbəsaniyə müəyyənləşdirilməlidir. Bu təcrübə Rusiya, Qazaxıstan və Türkiyədə də belədir. Türkiyədə gün ərzində lirənin dəyəri gah qalxır, gah düşür və hər saniyə bunu onlayn  platformalarda izləmək imkanları var. Azərbaycanda bu şərait də yoxdur. Valyutlararası birja fəaliyyət göstərmir.”

 

Ekspertin sözlərinə görə, Azərbaycanda Mərkəzi Bankın və hökumətin öncədən planlaşdırdığı şəkildə məzənnənin müəyyən edilməsi siyasəti aparılır.

 

“Qısacası, vacib atributların və təməlin olmaması indiki şəraitdə üzən məzənnə rejiminə tam keçidin mümkün olmamasına dəlalət edir. Ona görə də, məhz bu yolla uzun müddətdir ki manatın məzənnəsini , əz azından, dollara qarşı sabit saxlamaq mümkün olub. Manat avroya qarşı ilin əvvəllərindən bu yana təqribən 15% dəyərdən düşsə də, dollara qarşı sabitlik məhz bu inzibati nəzarət mexanizmləri vasitəsilə təmin edilir.”

 

Hazırda Azərbaycana ən çox maliyyə gətirən şirkətlər Azərbaycan Beynəlxalq Əməliyyat və SOCAR-dır . Ümumiyyətlə enerji şirkətləri Azərbaycana ən çox valyuta gətirən və ən çox vergi verən şirkətlər hesab olunur”.

 

N.Cəfərli qeyd edib ki, təəssüf ki çoxşaxəli modelə keçid hələki mümkün olmayıb.

 

“Məsələn enerji daşıyıcısı olan şirkətlərdən gələn gəlirlə, kənd təsərrüfatı şirkətlərinin və  yaxud da ümumilikdə bütün kənd təsərrüfatının gətirdiyi gəlir arasında təqribən 10 dəfəyə yaxın fərq var. Bu da onu göstərir ki, enerji şirkətlərinin ölkə iqtisadiyyatındakı rolu azalmayıb və hegemon rol oynamağa davam edir.

 

Son bir ildə Azərbaycanda neft qiymətlərində, 2015 və 2016-ci ilin əvvələrinə nəzərən 30% artım müşahidə olunub. Bu da ölkəyə gələn valyutaların həcminə təsir göstərib”.

 

Nəzrin Cavid

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər