Modern.az

Dövlət Komissiyası meyiti sərhəddə qalan əsgərimizlə bağlı məlumat yaydı

Dövlət Komissiyası meyiti sərhəddə qalan əsgərimizlə bağlı məlumat yaydı

25 Noyabr 2017, 13:10

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib.

 

Bu barədə Modern.az-a Dövlət Komissiyasından məlumat verilib.

 

Bildirilib ki, 23 noyabr 2017-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində tapıldığı və 27 sentyabr 2017-ci il tarixdə Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər, Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.

 

Hazırda Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər davam etdirilir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlu (27.11.1998-ci il təvəllüdlü) hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edib.

 

Məlumata görə, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgərin meyitinin Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi