Modern.az

70 yaşlı Madər Musayev: “İnsan qocalmaqdan niyə qorxmalıdır ki?!

70 yaşlı Madər Musayev: “İnsan qocalmaqdan niyə qorxmalıdır ki?!”

26 Noyabr 2017, 10:53

Bu gün Milli Məclisin deputatı, bitərəf, eyni dairədən 5 dəfə təkrar seçilən yeganə millət vəkili Madər Musayevin doğum günüdür.

 

Madər Musayev 26 noyabr 1947-ci ildəBakı şəhərində anadan olub. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətintəşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçiksatıcı, başsatıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda başsatıcı işləyib. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

 

Onikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlər arası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

 

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib. Ailəlidir,3 övladı var.

 

Modern.az saytı deputatın 70 illik yubileyi münasibətilə əlaqə saxlayıb.

 

Madər Musayev saytımıza açıqlamasında deyib ki, o qədər də doğum günləri keçirməyi sevmir.

 

“Dəbdəbəli doğum günləri keçirməyə həvəsli deyiləm. Amma yubiley doğum günlərini keçirmək yaxşı ənənədir”.

Madər Musayev 70 yaşın gəzlliyindən də danışıb.

 

“Qocalmamaqdan qorxasan gərək, insan qocalmaqdan niyə qorxmalıdır ki?! Əgər Allah qocalmağı qismət edirsə, o insan çox xoşbəxtdir ! İnsan hər gününün qədrini bilməli və sevməlidir”.

 

Deputat doğum günü ərəfəsində dövlət başçısı tərəfindən mükafatlandırılmasından da söz açıb.

“Deyirlər ki, bu yaxınlarda cənab prezidentimiz tərəfindən mükafat almışam. Nə gözəl! Çox sevindim. Ümumiyyətlə, insan hər gün nəsə gözləyir. Düzdü,  gözləmək insana həmişə nəsə vermir. Amma həqiqət olan vaxtlar da olur. Mən də “Şöhrət” ordeni adlı mükafata layiq görüldüm. Demək ki, qismətimdə bu varmış. Yoxsa, mənim deməyimlə, gözləməyimlə nələrsə ola bilməz axı!”

 

İlk təbriklərə gəlincə, o, bildirib ki, təbriklər bir neçə gündür  start götürüb.

“Bir neçə gündür ki, tanışlar, dostlar, qohumlar zəng edib məni ikitərəfli təbrik edirlər. Təbriklərin sayı-hesabı yoxdur. Ümumiyyətlə, hər doğum günüm yadımdadır. Hər doğum günümü sevə-sevə qarşılayıram. Həm də ona görə sevə-sevə qarşılayıram ki, Allah bu yaşı da mənə qismət etdi. Neçənci dəfədir ki, Milli Məclisdə təmsil olunuram. Bilirəm ki, deputatın üzərinə nə düşür və deputat nə edə bilər?! Deputatın üzərinə düşən nə varsa, hamısının öhdəsindən gəlməyə çalışmışam.

 

Həm də çalışıram ki, artıqlaması ilə edim. Hətta, seçicilərimin arasında yaşadığımdan doğum günüm onların arasında keçir. Hədiyyə almağa gəlincə, deyə bilərəm ki, hədiyyə almağı sevməyən insan yoxdur. Sadəcə, qadınlardan hədiyyə qəbul etməyi sevmirəm. Heç vaxt da almamışam”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi