Modern.az

Əhəd Abıyev: "Masallıda iş adamı Çingiz Həşimovu qanunsuz həbs ediblər"

Əhəd Abıyev: "Masallıda iş adamı Çingiz Həşimovu qanunsuz həbs ediblər"

20 Noyabr 2009, 12:17

Masallıda tanınmış sahibkarlardan olan Çingiz Həşimov xeyli vaxtdır həbsdə saxlanılır. İş adamının yaxınları bununla bağlı deputat Əhəd Abıyevə müraciət edərək onun qanunsuz həbs olunduğunu bildirib, kömək istəyiblər. Modern.az xəbər verir ki, Əhəd Abıyev də jurnalistlərə açıqlamasında Çingiz Həşimovun qanunsuz həbsə atıldığını bildirib. Deputatın sözlərinə görə, sahibkarı qanunsuz həbs etməklə bəzi qüvvələr Masallıda qarışıqlıq yaratmaq istəyirlər. Ə.Abıyevin sözlərinə görə, Çingiz Həşimov dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün namizədliyini vermişdi: "Görünür onun namizədliyi bəzilərinin ciddi narahat edirmiş. Çingiz Həşimov mənim seçicilərimdən biridir və onun hüquqlarının müdafiəsinə çalışacağam". Deputat deyib ki, onda olan məlumata görə, Çingiz Həşimovdan bələdiyyə seçkilərində iştirak üçün namizədliyini geri götürməyi tələb ediblər: "O, isə namizədliyini geri götürməkdən imtina edib. Buna görə də onu həbs ediblər". Deputat səlahiyyətlərindən istifadə edərək Ş.Həşimovun qanunsuz həbsdən azad olunması üçün lazımi instansiyalara müraciət edəcəyini vurğulayıb. Ə.Abiyevin sözlərinə görə, Ç.Həşimova qarşı qondarma ittihamda bildirlir ki, guya onun rəhbərlik etdiyi bazarın qarşısında bir nəfəri döyüblər. Amma döyüldüyü iddia olunan həmin şəxsin notarial qaydada təsdiq olunan ifadəsində bunun yalan olduğunu göstərilib. Qeyd edək ki, iş adamı Çingiz Həşimov Masallı bazarının rəhbəridir.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir