Modern.az

Rusiya Federal Təhlükəsizlik Xidməti rəisinin oğlu “VTB Azərbaycan”ın rəhbəri oldu

Rusiya Federal Təhlükəsizlik Xidməti rəisinin oğlu “VTB Azərbaycan”ın rəhbəri oldu

27 Noyabr 2017, 11:40

“VTB Azərbaycan” bankının Müşahidə Şurasının sədri vəzifəsinə Bank VTB (PSC) idarə heyəti sədrinin müavini Denis Aleksandroviç Bortnikov seçilib.

Bu barədə Modern.az-a “VTB Azərbaycan”-dan məlumat verilib.

 

Denis Aleksandroviç 20 ildən artıqdır ki, bank sahəsində və bu müddətin 11 ilini VTB Qrupda çalışır. O, ali təhsilini Sankt-Peterburq İqtisadiyyat və maliyyə universitetində alıb və 1996-cı ildə universiteti “milli iqtisadiyyat” ixtisası üzrə bitirib.

Aleksandroviç Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin qəyyumluq və “Leninqrad vilayətinin ticari-sənaye palatası” Assosiasiyasının şuralarına daxildir.

Qeyd edək ki, Denis Bortnikov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikovun oğludur.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?