Azərbaycan Televiziyası radiodan düz 30 il sonra-1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Bu, Stalin rejimindən qurtuluş tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə yaranan dövrünə təsadüf edirdi. Həmin zaman Şuşa televiziyası da fəaliyyət göstərirdi. Beləki, 1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan vermişdi.
Bəs hazırda Şuşa və ya ümumiyyətlə Qarabağ televiziyasının yaradılması mümkündürmü?
Bununla bağlı Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov Modern.az-a danışıb:
“Əvvəllər qeyd etdiyiniz kimi Şuşa televiziyası var idi. İndi də region televiziyaları mövcuddur. Lakin Şuşanın əhalisi haradadır ki, ayrıca televiziya da olsun?
Allah qoysa, Şuşaya gedəndə öz televiziyamız olacaq. Təbii ki, ümumi Qarabağ televiziyasının yaradılması yaxşı olardı. Düzdür, Qarabağ Azərbaycanın regionlarından biridir. Amma təəssüf ki, hazırda həmin bölgə bədnam düşmənlərimizin əlindədir. Bu baxımdan belə bir televiziyanın yaradılması çətin məsələdir. Eyni zamanda bununla bağlı hansısa təşəbbüs irəli sürmək üçün mənim də gücüm çatmaz”.
B.Səfərov qeyd edib ki, torpaqlarımız işğaldan azad ediləndən sonra televiziyanın yaradılması mümkün olacaq:
“Bilirsiniz, işğal altında olan torpaqlarımızla əlaqəli bütün həqiqətləri dünyaya çatdırmaq üçün əlimizdən gələni edirik.
Qarabağ televiziyasının yaradılması tez ya da gec ola bilər. Yaxşısı budur ki, Qarabağ haqqında bütün vətəndaşlarımız fikirləşsin və hamı qarabağlı olsun. Bizim bu gün əsas istəyimiz də budur. Televiziya və ya başqa bu kimi məsələlər torpaqlarımız geri qayıdan zaman olacaq.
Gördüyünüz kimi cənab prezident Cocuq Mərcanlıda qısa müddətdə gözəl şərait yaratdı, əhalini hər şeylə təmin etdi. Bu baxımdan biz şuşalılar, xocalılar, qarabağlılar - hamımız bilirik ki, torpaqlarımız azad ediləndən sonra prezidentimiz bizim üçün də gözəl şəraitlər yaradacaq. Yəni Qarabağda televiziya, ümumiyyətlə hər şey olacaq”.
Milli Televiziya və Radio Şurasından (MTRŞ) Modern.az-a verilən məlumata görə, Qarabağ televiziyasının yaradılması üçün öncə təşəbbüs olmalıdır.
Qeyd edilib ki, MTRŞ yalnız icraedici orqandır və bununla bağlı hər hansı qərarın qəbul edilməsi müraciətlərdən asılıdır.
Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
Azərbaycan neftinin SON QİYMƏTİ
Tarixi görüş sabah baş tutacaq
Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb
Ahıllar üçün alternativ “Facebook” yaradıldı
Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
Olimpiada “çempionları” və 600 bal toplayanları yetişdirən, rekorda imza atan ucqar kənd müəllimi - LAYİHƏ
Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
Çernobıl əlillərinin təqaüdü 181,5 manata çatdırıldı
“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
ABŞ-ın dövlət katibi oldu - Pompeo
Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib
SOCAR-la BP arasında yeni saziş imzalandı
Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
İlham Əliyev Böyük Britaniya Baş naziri ilə görüşdü
Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"
İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
Ölü dənizdə 10 nəfər itkin düşdü
DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı
Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü
Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu
Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar
Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı
Manatın sabahkı MƏZƏNNƏSİ
Şərh yaz