Modern.az

Milli Məclis indiyədək uşaqlarla bağlı 10 qanun qəbul edib

Milli Məclis indiyədək uşaqlarla bağlı 10 qanun qəbul edib

Parlament

20 Noyabr 2009, 12:47

Noyabrın 20-də Milli Məclisdə BMT-nin Uşaq Fondu (YUNİSEF) Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 20-ci ildönümünə həsr edilmiş xüsusi iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda uşaq hüquqları ilə bağlı qanunvericilik sahəsinə toxunub. O, bildirib ki, hər bir dövlətin ən dəyərli sərvəti uşaqlardır.  Uşaqların xoşbəxt və yaxşı yaşaması Azərbaycanda da dövlət və cəmiyyətin diqqətində olan məsələdir. O.Əsədov bildirib ki, Azərbaycanda sırf uşaqlarla bağlı 10 qanun qəbul olunub. Bundan başqa, daha 72 qanunda və 11 məcəllədə də uşqalara aidiyyatı olan müddəalar var. Spiker bildirib ki, bu il martın 18-də keçirilən referendum nəticəsində Konstitutsiyaya da uşaq hüquqları ilə bağlı bəzi əlavə və dəyişikliklər olunub. O, qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində bütün addımlar atılır. Milli Məclis də bu sahədə öz töhfəsini verir. Parlamentin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə çıxışında Azərbaycanın Uşaq Hüquqları Konvensiyasına ilk qoşulan ölkələrdən biri olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan uşaq hüquqları ilə bağlı 30-dan çox beynəlxalq konvensiyaya qoşulub. H.Rəcəbli uşaqlara önəm verilməsi baxımından Azərbaycan Prezidentinin 2009-cu ili "Uşaq İli" elan etdiyini də xatırladıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu