Modern.az

Şah İsmayılın 530 illiyinə həsr olunan sərgi 

Şah İsmayılın 530 illiyinə həsr olunan sərgi 

28 Noyabr 2017, 16:11

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində Şah İsmayıl Səfəvinin anadan olmasının 530 illiyinə həsr olunmuş "Xətainin qılıncı və qələmi" mövzusunda Respublika Konfransının təşkil etdiyi fərdi sərginin təqdimatı olub.

 

Modern.az xəbər verir ki, sərgidə əməkdar rəssam Mübariz Əkbərovun əl işləri nümayiş etdirilib.

 

Tədbirdə Ədəbiyyat muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Gənclər və idman komitəsinin sədri, Fuad Muradov, digər deputat Rövşən Rzayev, əməkdar rəssam Rais Rəsulzadə, sənətşünas, professor Kübra Əliyeva, bir sıra tanınmış aktyorlar və ictimai xadimlər iştirak edib.

 

Və fərdi sərgi münasibətilə Mübariz Əkbərovu təbrik ediblər. Deputat Rafael Hüseynov çıxışı zamanı bədii metalişləmə-silahdüzəltmə sənətinin Azərbaycan tarixindəki yerindən, sənətin gələcək nəsillər üçün önəmindən və əməkdar rəssam Mübariz Əkbərovun yaradıcılıq fəaliyyətindən söz açıb.

 

O bildirib ki, Mübariz Əkbərov Azərbaycanda bədii metalişləmə sənət nümunələri yaratmaq nöqteyi-nəzərindən öndə olan sənətçilərdən biridir. Və bu baxımdan yaxın zamanlarda əməkdar rəssamın yaradıcılığını əks etdirən albom nəşr ediləcək.

 

Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış olub və rəssamın əl işləri barədə məlumat əldə edə biliblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı